İdman24
Digər · Report İdman

Azərbaycan millisinin baş məşqçisi Gökhan Edman: "Əsas məqsəd son fitə qədər mübarizə aparmaq idi"

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 14° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycan millisinin baş məşqçisi Gökhan Edman: "Əsas məqsəd son fitə qədər mübarizə aparmaq idi" Komanda 23 noyabr, 2026 10:03 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Voleybol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1-ci təsnifat mərhələsində əsas məqsədi son fitə qədər mübarizə aparmaq olub.

Bunu "Report" a açıqlamasında yığmanın baş məşqçisi Gökhan Edman deyib.

Mütəxəssis komandanın yarışdakı çıxışını dəyərləndirib:

"Estoniyaya yollanarkən qarşımıza qoyduğumuz ilk və əsas məqsəd son fitə qədər mübarizə aparmaq idi. Bu hədəfimizə nail olduğumuz üçün komandamızın üzvləri və məşqçi heyəti ilə qürur duyuram. Oyunçularımız həm meydanda düzgün qərarlar verməyi, həm də sona qədər əzmkarlıq göstərməyi bacardılar. Azərbaycan komandası olaraq bu turnirdə rəqiblərimizin və digər iştirakçıların hörmətini qazandıq. Hər keçən gün daha yüksək səviyyədə voleybol oynayaraq inkişaf etdik və dəyərli təcrübə topladıq. Bu günə qədər bizə daim dəstək göstərən Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinə, valideynlərə və azarkeşlərə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, noyabrın 19-22-də Estoniyanın Kaariku şəhərində keçirilən yarışın B qrupunda yer alan Azərbaycan seçməsi ev sahiblərinə 2:3, Ukraynaya 1:3 hesabı ilə uduzub. Litvaya isə 3:1 hesabı ilə qalib gəlib. Kollektiv turnirin 5-ci yer uğrunda görüşündə Gürcüstanı 3:0 hesabı ilə məğlub edib.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 14° C Son xəbərlər 16:45 Rütte NATO-nun 1997-ci il sərhədlərinə qayıtması ehtimalını rədd edib Digər ölkələr 16:42 Foto Azərbaycan Türkiyənin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nə qoşulmasını dəstəkləyəcək Energetika 16:40 Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 58 %-ə yaxın artıb İKT 16:40 Foto Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb Fərdi 16:38 Foto Azərbaycan və İtaliya XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər - Yenilənib Xarici siyasət 16:35 Azərbaycanın kollektor agentliyinin səhmləri üzrə hərracın tarixi açıqlanıb Maliyyə 16:34 Razılaşdırma sənədi qəbul edilməyən COP - qlobal güclərin məsuliyyəti Analitika 16:32 Foto Bakı metrosunda xidmətlərin müasir tələblərə uyğunlaşdırılması müzakirə olunub İnfrastruktur 16:32 Samir Şərifov: Azərbaycan Türkmənistanın qlobal sülh addımlarını dəstəkləyir Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə