İdman24
Digər · Report İdman

Mustafa Vəlizadə: "Çətin hazırlıq prosesinə baxmayaraq, "Mingəçevir Reqatası-2026"da medallar qazandıq"

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 24° C USD - 1.700 EUR - 1.924 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Mustafa Vəlizadə: "Çətin hazırlıq prosesinə baxmayaraq, "Mingəçevir Reqatası-2026"da medallar qazandıq" Fərdi 01 oktyabr, 2026 14:19 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Çətin hazırlıq prosesinə baxmayaraq, Azərbaycan idmançıları "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin kayak və kanoe yarışlarında medallar qazanıblar.

"Report" un yarışa ezam olunan əməkdaşının məlumatına görə, bunu Azərbaycan kayakçısı və kanoeçisi Mustafa Vəlizadə deyib.

"İki nəfərlik kayak və kanoe növündə 2011-ci il təvəllüdlülər arasında 1000 metr məsafədə gümüş medala sahib oldum. Bugünkü yarışda bir nəfərlik kayak-kanoe növündə 2010–2011-ci il təvəllüdlülər arasında 500 metr məsafədə qızıl, iki nəfərlik qayıqda isə yenə gümüş medal qazandım", - o bildirib.

M.Vəlizadə turnirə hazırlıq mərhələsindən bəhs edib:

"Mübarizəyə hazırlıq çox ağır keçdi. Çox əziyyət çəkdik, gərgin məşqlər etdik. Bütün bunlara baxmayaraq, medallar qazana bildik".

İdmançı hava şəraitinin yarışa təsirinə də toxunub:

"Dünən hava bir az əlverişsiz və küləkli olduğu üçün mübarizə aparmaq çətin idi. Bugünkü yarışda isə hava sakit keçdi".

Qeyd edək ki, Azərbaycan təmsilçiləri Füzulidəki Köndələnçay su anbarında start götürən və bu gün Mingəçevirdə bitən yarışı 22 medalla başa vurublar. Mükafatlardan 7-nin əyarı qızıl, 5-i gümüş, 10-u isə bürünc olub.

Kayak və kanoe növündə ümumi komanda hesabında Özbəkistan birinci, Azərbaycan ikinci, Ukrayna üçüncü olub. Akademilk avarçəkmə üzrə isə ilk "üçlük"də Özbəkistan, Azərbaycan və Gürcüstan qərarlaşıb.

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparıb.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.924 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 15:40 Lixtenşteynlə altıncı duel: Azərbaycan millisi əvvəlki 5 oyunun üçündə qalib gəlib Futbol 15:30 Özbəkistanın müdafiə naziri: "Birliyin Gücü - 2026" üç ölkənin hərbiçilərinin təcrübə mübadiləsi üçün gözəl imkan oldu Hərbi 15:29 Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı yenidən təşkil edilir Biznes 15:25 Xırdalanda avtomobil qadını vuraraq öldürüb Hadisə 15:24 Azərbaycan şahmatçılarının oktyabr ayı üçün FIDE reytinqi bəlli olub Fərdi 15:23 Aİ dizel yanacağı ehtiyatlarının sərbəst buraxılması ilə bağlı məsləhətləşmələr aparır Energetika 15:20 Gökhan Edman: "EEVZA çempionatında ilk "üçlüy"ə düşməyi hədəfləyirik" Komanda 15:20 Vernon Koaker: London və Bakı müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyə davam edəcək Xarici siyasət 15:16 "CAMCA-2026": Beynəlxalq əməkdaşlıq müasir təhsilin inkişafında əsas rol oynayır Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə