İdman24
Basketbol · APA Sport

Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri

Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib. Gecənin əsas diqqətçəkən simalarından biri “Hyuston Rokets”in türkiyəli basketbolçusu Alperen Şengün olub.

Apasport.az xəbər verir ki, 24 yaşlı mərkəz oyunçusu “Atlanta Houks”la qarşılaşmada komandasının 120:110 hesablı qələbəsində əsas rol oynayıb.

Şengün görüşü 29 xal, 9 ribaund, 9 məhsuldar ötürmə, 6 topalma və 1 blokla başa vurub.

Basketbolçu cəmi bir ribaund və bir məhsuldar ötürmə fərqi ilə tripl-dabldan kənarda qalıb.

“Hyuston Rokets”in heyətində Kevin Durant 22 xal, Cabari Smit isə 16 xal və 12 ribaundla yadda qalıb. “Atlanta Houks”da Ceylen Conson 21 xal toplayıb.

Bu qələbə ilə Hyuston təmsilçisi mövsümdə keçirdiyi dördüncü oyundan da qalib ayrılıb.

Gecənin digər qarşılaşmalarında “Boston Seltiks” “Çikaqo Bulls”u 134:99 hesabı ilə məğlub edib. “Qolden Steyt Uorriorz” isə səfərdə “Denver Naqqets” üzərində 134:114 hesablı qələbə qazanıb.

“Hyuston Rokets” – “Atlanta Houks” 120:110

“Şarlott Hornets” – “Vaşinqton Uizards” 110:103

“Klivlend Kavalyers” – “Minnesota Timbervulvz” 127:125

“Mayami Hit” – “Dallas Maveriks” 109:113

“Boston Seltiks” – “Çikaqo Bulls” 134:99

“Milvoki Baks” – “İndiana Peysers” 110:102

“Oklahoma Siti Tander” – “Finiks Sans” 125:114

“Yuta Cazz” – “Memfis Qrizzlis” 105:110

“Denver Naqqets” – “Qolden Steyt Uorriorz” 114:134

Orijinal mənbə

İdman24 əsas səhifə