İdman24
Digər · Report İdman

Ömər Rəcəbli dünya çempionatında qazandığı medalı atasına həsr edib

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 19° C USD - 1.700 EUR - 1.910 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Ömər Rəcəbli dünya çempionatında qazandığı medalı atasına həsr edib Fərdi 07 oktyabr, 2026 20:41 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıdakı dünya çempionatında qazandığı bürünc medalı atasına həsr edib.

"Report" un məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançı bu barədə jurnalistlərə açıqlama verib.

O, yarışda üçüncü yeri tutması ilə bağlı fikirlərini bölüşüb:

"Medal qazandığım üçün xoşbəxtəm. 25 il əvvəl atam dünya çempionatında bürünc mükafata sahib çıxıb. Onun nailiyyətini təkrarlamaq böyük işdir. Medalı da atama həsr edirəm. O, həmişə mənə dəstək olur və motivasiya verir. Onsuz buna nail ola bilməzdim. Sırf ona görə bu gün buradayam".

Ö.Rəcəbli turnirdə qızıl medalı hədəflədiyini söyləyib:

"Amma alınmadı. Qismət belə idi. İlk dəfədir ki, böyüklər arasında dünya çempionatında güləşirdim. İki dəfə Avropa çempionatında məğlub olmuşam. Artıq bu tilsimi qırdım. Buna görə çox xoşbəxtəm".

Xatırladaq ki, Ömər Rəcəbli Azərbaycanın veteran cüdoçusu Elxan Rəcəblinin oğludur. E.Rəcəbli 2001-ci ildə Almaniyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 19° C Son xəbərlər 21:41 "Gəncə" komandası FIBA Avropa Kubokundakı ilk matçında məğlub olub Komanda 21:38 Rubio: ABŞ və Avropa arasında əlaqələrin kəsilməsinə yol vermək olmaz Digər ölkələr 21:37 Fərid Əhmədov: Son 4 il ərzində ekspertizaya daxil olan işlərin sayında 45% artım var Daxili siyasət 21:26 Ədliyyə sistemində institusional islahatlar və tətbiq edilən yeni yanaşmalar – ədliyyə naziri Fərid Əhmədovla geniş müsahibə Daxili siyasət 21:17 Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb Digər ölkələr 21:06 Vulin: Aİ-nin təzyiqinə görə Serb Tərəqqi Partiyasının seçki siyahısında yer almırıq Digər ölkələr 20:50 İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb Digər ölkələr 20:47 FIBA Avropa Kuboku: "LANDAU Lions" ilk matçında İsveçrə klubuna uduzub Komanda 20:41 Ömər Rəcəbli dünya çempionatında qazandığı medalı atasına həsr edib Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə