Digər · APA Sport
Gəncədə azarkeş rekordu qırıldı - ardıcıl 2-ci dəfə

Misli Premyer Liqasında azarkeş rekordu yenilənib.
Apasport.az xəbər verir ki, IV turda Gəncə Şəhər Stadionunda keçirilən “Kəpəz” – “Şamaxı” qarşılaşması 2026/27 mövsümünün tamaşaçı rekordu ilə yadda qalıb.
Qeyd edək ki, əvvəlki rekord da “Kəpəz”ə məxsus idi. Gəncə təmsilçisinin avqustun 30-da “Turan Tovuz”la keçirdiyi oyunu 13 500 tamaşaçı izləyib.