UWW-nin Elmi Komissiyasının iclasında Azərbaycanın rəqəmsal güləş platforması yüksək qiymətləndirilib

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 17° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika UWW-nin Elmi Komissiyasının iclasında Azərbaycanın rəqəmsal güləş platforması yüksək qiymətləndirilib Fərdi 27 oktyabr, 2026 12:20 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Güləş Federasiyasının (AGF) formalaşdırdığı süni intellekt platforması Dünya Güləş Birliyinin (UWW) Astanada təşkil etdiyi Elmi Komissiyasının illik iclası və elmi simpoziumunda xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Bu barədə "Report" a AGF-nin mətbuat xidmətindən məlumat verilib.
Beynəlxalq tədbirdə Azərbaycanı Güləş Federasiyasının (AGF) Strateji İnkişaf və Analiz şöbəsinin mütəxəssisi Murad Cabbarov rəqib analizində süni intellektin rolu mövzusunda çıxış edib. Təqdimat zamanı AGF-nin formalaşdırdığı analiz platforması təqdim olunub.
UWW-nin Büro üzvü, Elm komissiyasının sədri Buyandelger Peljee, Özbəkistan İdman Universitetinin professoru Fikrət Kərimov, Türkiyənin məşhur idman mütəxəssisi, idman fiziologiyası, məşq elmi və güləş üzrə professor Ramazan Savranbaşı, Ukrayna Milli Bədən Tərbiyəsi və İdman Universitetinin professoru Georgi Korobeynikov və Beynəlxalq Güləş Tədqiqatçıları Şəbəkəsinin (INWR) təsisçisi və direktoru Devid Körbi təqdimatı yüksək qiymətləndirib və bu platformanın güləşin gələcək inkişafı, rəqəmsal texnologiyanın və süni intellektin bu sahəyə inteqrasiyası istiqamətində geniş imkanlar açdığını bildiriblər.
UWW-nin prezidenti Nenad Laloviçin də iştirak etdiyi simpoziumda güləşin inkişafı, idmançıların hazırlıq prosesi və müasir texnologiyaların idmanda tətbiqi ilə bağlı aktual məsələlər müzakirə olunub.
İştirakçılar olimpiya təsnifat sistemi, güləşdə qərarvermə, rəqiblərin təhlilində süni intellektdən istifadə, texniki fəndlərin öyrədilməsində rəqəmsal texnologiyaların rolu və idmançıların fiziki göstəricilərinin izlənilməsi barədə fikir mübadiləsi aparıblar.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 12:33 "Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafatçıları bəlli olub Fərdi 12:32 Çinin yüksəkgərginlikli elektrik enerjisinin ötürülməsi təcrübəsi Transxəzər dəhlizi üçün tətbiq edilə bilər Energetika 12:32 Ramil Həsən AK Parti sədrinin birinci müavini Efkan Ala ilə görüşüb Milli Məclis 12:30 Rəşad Həsənov: Dünyada bir milyarddan çox insan süni intellektdən istifadə edir İKT 12:27 Cənubi Koreya Ukraynadan 8 diplomatını geri çağırıb Digər ölkələr 12:27 Siyəzəndə 43 yaşlı qadın boğularaq öldürülüb, qohumu şübhəli bilinir Hadisə 12:26 MM diplomatların Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınmasını ilk oxunuşda təsdiqləyib Milli Məclis 12:26 Milli Məclisin payız sessiyası üzrə növbəti iclası oktyabrın 30-da keçiriləcək Daxili siyasət 12:25 Dövlət ehtiyacları üçün torpaq alınması üzrə qanunvericiliyin təkmilləşdirilməsi I oxunuşdan keçib Milli Məclis Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.