Basketbol · APA Sport
"Neftçi"dən yeni transfer

"Neftçi" basketbol komandası Azərbaycan millisinin üzvü Derin Berközü heyətinə cəlb edib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
19 yaşlı müdafiəçi ilə 1 mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, 192 sm boya malik basketbolçunun son klubu NTD olub.