İdman24
Döyüş İdmanı · Report İdman

Azərbaycanın dörd boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

İlham Əliyev 2027-ci ilin dövlət büdcəsi Bakı 10° C USD - 1.700 EUR - 1.868 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycanın dörd boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib Fərdi 18 noyabr, 2026 22:06 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir.

Azərbaycan Boks Federasiyasından "Report" a verilən məlumata görə, yarışın üçüncü günündə Azərbaycan millisinin daha dörd idmançısının hər biri mərhələ adlayıb.

Bilalhəbaşi Nəzərovun (50 kq) rəqibi Katalin Turkunun (Moldova) çəkisi artıq olduğu üçün döyüşə buraxılmayıb və boksçumuz qalib elan edilib. İkiqat Avropa çempionu 1/4 finalda Filip Horvatla (Çexiya) münasibətinə aydınlıq gətirəcək.

Zidan Hünbətov (55 kq) 1/8 finalda Badreddin Buraouiaya (İtaliya) heç bir şans verməyib. Hər üç raundu xeyrinə bitirən təmsilçimiz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib. Hünbətov 1/4 finalda Nikola Maksimoviçi (Serbiya) sınağa çəkəcək.

Məhəmmədəli Aşırəliyev (60 kq) 1/8 finalda Abdullah Rahalı (İsrail) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). O, Poreçdə üçüncü cəhdində Brandon Hinea Kollasosla (İspaniya) gücünü yoxlayacaq.

Nicat Alırzayev (70 kq) da adını 1/4 finala yazdırıb. Boksçumuz Edqaras Trotenskisi (Litva) 3:2 (30:27, 28:29, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib. O, yarımfinala gedən yolda Miloş Roqanoviçlə (Monteneqro) üz-üzə gələcək.

Son iki boksçunun döyüşü noyabrın 20-də, digər ikisinin görüşü bir gün sonra olacaq.

Qeyd edək ki, 39 ölkədən 276 idmançının qatıldığı çempionata noyabrın 24-də yekun vurulacaq. Yarışda bir gün öncə daha bir boksçumuz 1/4 finala vəsiqə qazanıb.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı Foto Четыре азербайджанских боксера вышли в четвертьфинал чемпионата Европы U-23 Foto Four more Azerbaijani boxers reach European U23 quarterfinals --> --> --> --> --> USD - 1.700 EUR - 1.868 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 10° C Son xəbərlər 23:40 Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub - Yenilənib Xarici siyasət 23:34 Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb Digər ölkələr 23:03 Fidan Əl Nəhyanla Fars körfəzindəki son vəziyyəti müzakirə edib Region 22:48 FIBA Avropa Kuboku: "Neftçi" Latviya klubu ilə matçda məğlubiyyətlə üzləşib Komanda 22:48 Hondurasda silahlı hücumlar nəticəsində azı 12 nəfər həlak olub Digər ölkələr 22:42 Foto Fərid Qayıbov "Eurosport" rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib Fərdi 22:27 ABŞ və Venesuela hərbi əməkdaşlıq haqqında saziş imzalayıb - Yenilənib Digər ölkələr 22:15 ABŞ dəniz yolu ilə neft daşınmasına məhdudiyyətlər tətbiq edərək İranın blokadasını sərtləşdirir Digər ölkələr 22:06 Foto Azərbaycanın dörd boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə