PSJ "Atletiko"nun hücumçusu Xulian Alvaresi transfer etmək istəyir

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 13° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika PSJ "Atletiko"nun hücumçusu Xulian Alvaresi transfer etmək istəyir Futbol 23 noyabr, 2026 19:07 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın PSJ klubu qış "transfer pəncərəsi"ndə İspaniya təmsilçisi "Atletiko"nun hücumçusu Xulian Alvaresi heyətinə qatmağı düşünür.
"Report" "The Touchline"a istinadən xəbər verir ki, Paris təmsilçisi Xviça Kvaratsxeliyanın və Dezire Duenin zədələnməsindən sonra 26 yaşlı argentinalını almağı planlaşdırır.
Alvareslə şəxsi müqavilə şərtlərinin razılaşdırılmasında çətinlik yaranmayacağı gözlənilir. Əsas maneə isə Madrid klubu ilə keçid barədə ortaq məxrəcə gəlməkdir.
Noyabrın 21-də Due "Nitsa" ilə matçda (3:2) sağ dizindən zədələndiyi üçün əməliyyat olunacaq. Oktyabrda isə Kvaratsxeliya UEFA Çempionlar Liqasında "Barselona"ya qarşı görüşdə (4:2) analoji xəsarət alıb. Gürcüstanlı oyunçunun da artıq əməliyyat olunduğu bildirilib.
Qeyd edək ki, X.Alvares 2024-cü ildən "Atletiko"nun şərəfini qoruyur. O, cari mövsümdə meydana çıxdığı 13 qarşılaşmada 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı cənubi amerikalı forvardın dəyərini 110 milyon avro qiymətləndirir.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 13° C Son xəbərlər 21:39 Maurisio Poçettino "Mançester Yunayted"in oyundan sonrakı istirahət gününü ləğv edib Futbol 21:27 Mənimsəmədə şübhəli bilinən Rusiyanın Murmansk vilayətinin qubernatoru saxlanılıb Region 21:19 Tramp "Nvidia" rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb Digər ölkələr 20:55 Serbiyada müxalifət parlamentin heç bir komitəsinə rəhbərlik etməyəcək Digər ölkələr 20:47 Foto Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib Daxili siyasət 20:43 Avropa Komissiyası rusiyalı hərbçilər və turistlər üçün viza qaydalarını sərtləşdirib Digər ölkələr 20:42 Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib Futbol 20:34 NATO şərq cinahında hava və antidron müdafiəsini gücləndirəcək Digər ölkələr 20:20 Merts: Ukrayna NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri almalıdır Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.