İntizam Komitəsinin iclası keçirilib

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
23.10.2026-cı il tarixində Misli Premyer Liqasında IX turun “Araz-Naxçıvan”– “Qəbələ” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
23.10.2026-cı il tarixində Misli Premyer Liqasında IX turun “Araz-Naxçıvan”– “Qəbələ” oyununda “Qəbələ” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
24.10.2026-cı il tarixində Misli Premyer Liqasında IX turun “Şəfa”– “Kəpəz” oyunundan əvvəl “Şəfa” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Şəfa” komandası 1500 manat cərimə edilsin (maddə 84.1);
24.10.2026-cı il tarixində Misli Premyer Liqasında IX turun “Neftçi”– “Turan Tovuz” oyununun 29-cu dəqiqəsində “Neftçi” komandasının 5 nömrəli futbolçusu İqor Ribeyro ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);
25.10.2026-cı il tarixində Misli Premyer Liqasında IX turun “İmişli”– “Şamaxı” oyununda “Şamaxı” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
25.10.2026-cı il tarixində Misli Premyer Liqasında IX turun “Sabah”– “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 6000 manat cərimə edilsin (maddə 52.5);
25.10.2026-cı il tarixində Misli Premyer Liqasında IX turun “Sabah”– “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən stadionda 27 ədəd skamya sındırıldığına görə stadiona dəymiş zərər “Qarabağ” komandası tərəfindən qarşılansın (maddə 86);
21.10.2026-cı il tarixində I Liqada VI turun “Şahdağ Qusar”– “Səbail” oyununun 69-cu dəqiqəsində “Səbail” komandasının 27 nömrəli futbolçusu Pərviz Azadov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Səbail” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);
21.10.2026-cı il tarixində I Liqada VI turun “Şahdağ Qusar”– “Səbail” oyununda “Səbail” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
21.10.2026-cı il tarixində I Liqada VI turun “Şahdağ Qusar”– “Səbail” oyununun 85-ci dəqiqəsində “Səbail” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Səbail” komandası 600 manat cərimə edilsin (maddə 86.3);
21.10.2026-cı il tarixində I Liqada VI turun “Şahdağ Qusar”– “Səbail” oyunu bitdikdən sonra “Səbail” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə “Səbail” komandası 1500 manat cərimə edilsin (maddə 52.5);
21.10.2026-cı il tarixində I Liqada VI turun “Şahdağ Qusar”– “Səbail” oyunu bitdikdən sonra “Səbail” komandasının prezidenti Mirzə Bayrampur dəhlizə daxil olaraq hakimləri təhqir etdiyinə, onlara hədə-qorxu gəldiyinə görə 4 oyun oyuna buraxılmasın, “Səbail” komandası 3000 manat cərimə edilsin (maddə 52.4, 53);
21.10.2026-cı il tarixində I Liqada VI turun “Şahdağ Qusar”– “Səbail” oyunu bitdikdən sonra “Səbail” komandasının 38 nömrəli futbolçusu Rubin Seyidov dəhlizə daxil olaraq hakimləri təhqir etdiyinə, onlara hədə-qorxu gəldiyinə görə 4 oyun oyuna buraxılmasın, “Səbail” komandası 3000 manat cərimə edilsin (maddə 52.4, 53);
22.10.2026-cı il tarixində I Liqada VI turun MOİK – “Karvan-Yevlax” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);
22.10.2026-cı il tarixində I Liqada VI turun MOİK – “Karvan-Yevlax” oyunu MOİK komandasının futbolçusunun formasında problem olması səbəbindən gec başladığına görə MOİK komandası 450 manat cərimə edilsin (maddə 83.5);
24.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VII turun “Neftçi-2”– “Sabah-2” oyununun 90+2-ci dəqiqəsində “Neftçi-2” komandasının 80 nömrəli futbolçusu Aslan Şirinov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
24.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VII turun “Neftçi-2”– “Sabah-2” oyununda “Sabah-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
25.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VII turun “Şəfa-2”– “Turan Tovuz-2” oyununda “Şəfa-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
25.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VII turun “Şəfa-2”– “Turan Tovuz-2” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün “Şəfa-2” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
26.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VII turun “Zirə-2”– “Şamaxı-2” oyununun 53-cü dəqiqəsində “Zirə-2” komandasının 35 nömrəli futbolçusu Məhəmməd Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Zirə-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
26.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VII turun “Sumqayıt-2”– “Qəbələ-2” oyununun 22-ci dəqiqəsində “Sumqayıt-2” komandasının 12 nömrəli futbolçusu Aftandil Arixov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt-2” komandası 100 manat cərimə edilsin (maddə 46).