Digər · APA Sport
Onana “Trabzonspor”da qalır - 1 il daha

“Mançester Yunayted”in qapıçısı Andre Onana karyerasını Türkiyədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, kamerunlu qolkiper növbəti mövsüm də “Trabzonspor”da qalacaq.
Onun keçidi ilə bağlı yeni müqavilə imzalanıb.
Razılaşmaya əsasən, Onana yenidən 1 illik icarə əsasında Trabzon klubunda çıxış edəcək. “Trabzonspor” mövsüm üçün “Mançester Yunayted”ə 1,3 milyon funt sterlinqə qədər ödəniş edəcək.
Müqavilədə satınalma opsiyası və ya məcburi satınalma bəndi yoxdur. Onana icarə müddəti başa çatdıqdan sonra “Mançester Yunayted”ə qayıdacaq.
“Trabzonspor” futbolçunun maaşının böyük hissəsini qarşılayacaq.