İdman24
Futbol · Report İdman

"SABAH.city" texnologiya şirkətləri, universitetlər və elmi qurumlar arasında sinerji yaradacaq

İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 27° C USD - 1.700 EUR - 1.963 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "SABAH.city" texnologiya şirkətləri, universitetlər və elmi qurumlar arasında sinerji yaradacaq İKT 16 sentyabr, 2026 09:42 "SABAH.city" ölkənin aparıcı texnoloji və innovativ şirkətlərini, aparıcı təhsil müəssisələrini və elmi-tədqiqat qurumlarını bir araya gətirərək onlar arasında sinerji yaradacaq.

"Report" xəbər verir ki, bunu Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidov "SABAH.city" innovasiya şəhərciyinə mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Yüksək Texnologiyalar Parkı hazırda transformasiya dövrünü yaşayır:

Nihat Məcidov "Yüksək Texnologiyalar Parkı 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı əsasında yaradılıb. Həmin sərəncamda da qeyd olunduğu kimi, texnoparkın məqsədi iqtisadiyyatın davamlı inkişafına, elmi tədqiqatların kommersiyalaşdırılmasına, elmin, təhsilin və sənayenin bir araya gətirilməsinə xidmət etməkdir. Bunu ona görə həyata keçiririk ki, ölkənin aparıcı texnoloji və innovativ şirkətlərini, aparıcı təhsil müəssisələrini və elmi-tədqiqat qurumlarını bir araya gətirərək onlar arasında sinerji yaradaq".

ASAN Süni İntellekt Mərkəzinin rəhbəri Ləman İbrahimova qeyd edib ki, ASAN AI platformasından 60 mindən çox istifadəçi yararlanır:

"ASAN AI süni intellekt sayəsində innovasiyaları, tədqiqatçıları və əməkdaşlığı bir araya gətirən platformadır. Platformanın əsas məqsədi dövlət və özəl qurumları, universitetləri, tədqiqatçıları və startapları vahid ekosistemdə birləşdirərək real problemlərə süni intellekt əsaslı həllərin hazırlanmasını və tətbiqini sürətləndirməkdir. Bu günədək platformada 50-yə yaxın süni intellekt həlli təqdim olunub. Onlardan dördü artıq pilot mərhələsinə keçirilib. Platformadan 60 mindən çox istifadəçi yararlanır".

Ləman İbrahimova L.İbrahimova əlavə edib ki, platformada 20-dən çox qurumun 60-dan çox onlayn təlim proqramı təqdim olunur:

"İstifadəçilər bu sahə üzrə öz biliklərini daha da təkmilləşdirə və beynəlxalq sertifikatlar əldə edə bilərlər. Tədqiqata dəstək vermək məqsədilə 22 tədqiqatçıdan ibarət şəbəkəmiz var. Onlar xarici ekspertlərlə birlikdə, onların elmi rəhbərliyi altında yeni elmi məqalələrin hazırlanmasında iştirak edirlər".

Nümayəndə ASAN AI-nin "SABAH.city"də fəaliyyətə başlamasının platforma üçün yeni mərhələ olduğunu bildirib:

"SABAH.city" bir növ bizim onlayn ekosistem vasitəsilə həyata keçirdiyimiz işin fiziki məkanıdır. Burada fəaliyyət göstərən qurumlar, startaplar, tədqiqatçılar və universitetlərlə əməkdaşlığımızı daha sıx həyata keçirmək, yeni ideyaların formalaşmasına və yeni həllərin yaranmasına töhfə vermək, eyni zamanda bu imkanlardan yararlanmaq istəyirik".

O, platforma vasitəsilə hansı xidmətlərin əlçatan olması ilə bağlı suala da aydınlıq gətirib:

"ASAN AI platforması vasitəsilə dövlət qurumları və özəl şirkətlər çağırış formasında öz problemlərini yerləşdirə bilərlər. Standart formadan istifadə etməklə, qurum daxilində süni intellektin tətbiqini həyata keçirmək, proseslərin avtomatlaşdırılması və ya sürətləndirilməsi istiqamətində mövcud problemi platformada elan etmək mümkündür. Eyni zamanda, mükafat məbləği də əvvəlcədən qeyd olunur. Həmin elan bütün istifadəçilər üçün açıq olur. Startaplar, fiziki şəxslər, texnologiya şirkətləri və tədqiqatçılar öz həlləri ilə müraciət edirlər. Çağırış sahibi daha sonra daxil olan həllərə baxır və onun üçün daha uyğun olan həlli seçir. Bundan sonra həmin şəxslə pilot mərhələsinə keçilir və həllin tətbiqi prosesinə başlanılır".

Daha sonra jurnalistlər "SABAH.city" ərazisində universitetlərin laboratoriyaları ilə də tanış olub. Məlumata əsasən, Bakı Dövlət Universitetinin laboratoriyaları smart lövhələrlə təchiz olunub. Bu smart lövhələrdə süni intellekt əsaslı tələbə dəstəkçisi var. Tələbələrə bütün bu cihazlardan necə istifadə olunmalı olduğunu, onların hansı funksionallıqlara malik olduğunu smart lövhə vasitəsilə izah edilir.

Qeyd edək ki, sentyabrın 14-də Prezident İlham Əliyev tərəfindən açılışı baş tutan şəhərcik bu gündən istifadəyə verilib.

"SABAH.city" elm, təhsil, texnologiya, sahibkarlıq və investisiya ekosisteminin əsas iştirakçılarını vahid məkanda bir araya gətirən yeni nəsil innovasiya platformasıdır. Layihənin əsas məqsədi universitet–sənaye əməkdaşlığını gücləndirmək, yüksək ixtisaslı insan kapitalının inkişafına dəstək olmaq, tətbiqi tədqiqatları və texnologiya transferini təşviq etmək, startap və texnologiya şirkətləri üçün əlverişli mühit yaratmaqdır.

Şəhərciyin birinci mərhələsi 4 hektar ərazini və ümumi 20 min kvadratmetr tikili sahəsini əhatə edir. "SABAH.city"də tədris və tədqiqat sahələri, startaplar üçün kovorkinq məkanları, texnologiya şirkətləri üçün ofislər, 200 nəfərlik tədbir zalı, restoran və kofeşoplar, həmçinin idman və istirahət zonaları yaradılıb.

Birinci mərhələdə 3 ali təhsil müəssisəsi, 8 texnologiya və innovasiya yönümlü şirkət və 12 startap olmaqla, ümumilikdə, 23 əsas ekosistem iştirakçısı şəhərciyə cəlb edilib.

Şəhərcikdə mühəndislik, informasiya texnologiyaları, süni intellekt, robototexnika, kibertəhlükəsizlik və digər istiqamətləri əhatə edən 13 tədris, tədqiqat və inkişaf laboratoriyası fəaliyyət göstərəcək. "SABAH.city"nin tam fəaliyyətə başlaması ilə gündəlik istifadəçilərin sayının təxminən 3 min nəfərə çatacağı gözlənilir. Şəhərcik həmçinin startapların inkişafı və yerli və beynəlxalq innovasiya tədbirlərinin keçirilməsi üçün platforma rolunu oynayacaq.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Sevil Seymur Foto Vüqar Xanlarov Sosial şəbəkələrdə paylaşın Скопировано Foto SABAH.city станет центром интеграции науки,

Orijinal mənbə

İdman24 əsas səhifə