Azərbaycan idmançısı Maks Leleu: "Almatıda qazanılan nəticəni inkişaf bünövrəsi kimi istifadə edəcəyik"

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 25° C USD - 1.700 EUR - 1.906 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycan idmançısı Maks Leleu: "Almatıda qazanılan nəticəni inkişaf bünövrəsi kimi istifadə edəcəyik" Fərdi 14 oktyabr, 2026 13:29 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Sofiya Beznosikova - Maks Leleu buz üstündə rəqs cütlüyünün Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq turnirdə qazandığı nəticə yaxşı inkişaf bünövrəsidir.
Bunu "Report" a açıqlamasında buz üstündə rəqs idmançısı Maks Leleu deyib.
O, yarışla bağlı təəssüratlarını bölüşüb:
"Almatıdakı turnir normal keçdi. Əlbəttə, müəyyən səhvlər oldu, lakin hələ mövsümün başlanğıcıdır. Ümumilikdə nəticələrimizdən şadıq və bu yarışı cari mövsümdə inkişafımız və keyfiyyəti artırmaq üçün bünövrə kimi istifadə edəcəyik. Bununla belə, anlayırıq ki, sərbəst rəqsi maksimum dərəcədə təqdim etmək üçün elementlərin keyfiyyətli icrası üzərində işləmək lazımdır. Turnirdən əvvəl hər bir elementə çox ciddi hazırlaşırıq. Ən vacib element deyə bir şey yoxdur. Əlbəttə ki, bir qədər daha çox diqqət tələb edən elementlər var, lakin ümumilikdə proqramın əvvəlindən sonunadək yalnız texniki elementlərə deyil, həm də artistizmə diqqət yetirərək dəqiqliklə çalışmalıyıq.
Buz üstündə rəqs konki texnikasından tutmuş proqramın daxilindəki ilhama və cütlüyün artistizminə qədər hər şeydə incəsənətdir. Hazırda buz üstündə rəqsin inkişaf meyli üstünlük təşkil edir və biz bunu anlayırıq. Bizi daha yaxşı edəcək bütün istiqamətlərdə özümüzü inkişaf etdirmək istəyirik".
İdmançı turnirin xüsusi əhəmiyyətini vurğulayıb:
"Bu turnir Denis Tenin xatirəsinə həsr olunub, həmçinin Qala şou təşkil edilib. Ona görə də yarış maraqlı və zəngin keçdi. Əlbəttə ki, bizi birləşdirən bu idman növünə – fiqurlu konkisürməyə olan sevgidir".
Maks Leleu gələcək planlarından da danışıb:
"Məqsəd hər zaman və hər yerdə inkişaf etməkdir. Beynəlxalq arenada hər iki rəqsi – ritm və sərbəst rəqsi nümayiş etdirə bildik və nəticələrimizə sevinirik. Növbəti yarışlarda məqsədimiz mövsümün ən yaxşı göstəricisini yaxşılaşdırmaq, mümkün qədər dəqiq və əmin hazırlaşmaqdır. Yaxın iki gün ərzində isə bərpa olunmaq, daha sonra məşqçimizlə və Azərbaycan Qış İdman Növləri Federasiyasının dəstəyi ilə Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksinin möhtəşəm buz arenasında yenidən məşqlərə yenidən başlamaq istəyirik".
Qeyd edək ki, oktyabrın 7-dən 11-dək Almatıda keçirilən beynəlxalq yarışda Azərbaycanın Sofiya Beznosikova - Maks Leleu buz üstündə rəqs cütlüyü ritm və sərbəst rəqs üzrə çıxışların yekununda 146,34 xal toplayaraq 5 cütlük arasında 3-cü yeri tutub və bürünc medal qazanıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.906 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 15:41 Esmira Fuad:Kəlağayı Azərbaycan qadınının zərifliyini, incəliyini və milli-mənəvi dəyərlərini özündə əks etdirən mədəniyyət nümunəsidir Mədəniyyət siyasəti 15:40 "Fulhem"in baş məşqçisi Alvaro Arbeloa hakimlər barədə sözlərinə cərimələnib Futbol 15:33 Foto Laos AQEM-ə üzv qəbul edilib Xarici siyasət 15:33 Foto IMF ABM-yə tövsiyələr verib Maliyyə 15:32 Foto Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər Daxili siyasət 15:28 "Ziraat Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb Maliyyə 15:26 Banqladeş AQEM sammitində iştirakı regional əməkdaşlığın möhkəmləndirilməsi kimi dəyərləndirir Xarici siyasət 15:15 "Sabah"ın sabiq baş məşqçisi Elşad Əhmədov: "Komanda "Borussiya"ya da qalib gələ bilər" Futbol 15:08 Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.