Futbol · APA Sport
Mehdi Cənnətov “Səbail”də - RƏSMİ

“Səbail" yeni transferini açıqlayıb.
Apasport.az cəbər verir ki, komanda Azərbaycan milli komandasının da formasını geyinmiş Mehdi Cənnətovu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rusiyanın “Anji” klubunun yetirməsi olan 34 yaşlı qolkiper ölkəmizdə “Sumqayıt” və “Zirə”də çıxış edib. Cənnətov həmçinin Azərbaycan milli komandasının heyətində 5 oyun keçirib.