U-15 dünya çempionatı: MİLLİMİZDƏN DARMADAĞIN

Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalına qələbə ilə başlayıb.
Apasport.az xəbər verir ki, yığmamız turnirdə ilk oyununda Timor-Leste komandasına qarşı keçirib.
Bakı Kristal Zalında keçirilən qarşılaşmada təmsilçimiz rəqibini 6 cavabsız qolla darmadağın edib - 6:0.
Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 30-dək davam edəcək. FIFA-ya üzv 189 ölkənin komandalarının iştirak etdiyi yarış çərçivəsində 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulur.
Azərbaycan millisi oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında təşkil olunacaq.
Yığmamız oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti ilə üz-üzə gələcək.