"Turan"ın baş məşqçisi Ziya Rəcəbov: "Voleybolçularımız təcrübə baxımından rəqibdən üstündür"

İlham Əliyev Zəfərə gedən yol Bakı 20° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Turan"ın baş məşqçisi Ziya Rəcəbov: "Voleybolçularımız təcrübə baxımından rəqibdən üstündür" Komanda 20 oktyabr, 2026 11:30 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
CEV Çempionlar Liqasında Xorvatiyanın "Mladost" komandası ilə qarşılaşacaq "Turan"ın oyunçuları təcrübə baxımından rəqibdən üstündür.
Bunu "Report" a açıqlamasında Tovuz təmsilçisinin baş məşqçisi Ziya Rəcəbov deyib.
Mütəxəssis rəqibin köklü klub olduğunu bildirib:
"Təcrübə deyəndə, söhbət təkcə oyunçulardan getmir, rəqib köklü klubdur və vaxtilə Çempionlar Liqasının qalibi olub. Lakin heyətə gəldikdə, bizim oyunçular təcrübə baxımından daha üstündür. "Turan", yeni yaradılmasına baxmayaraq, artıq çempionluq yaşayıb və tarix yazıb. Əsas diqqəti Çempionlar Liqasına yönəltmişik".
O, komandada zədəli oyunçunun olmadığını və matça yaxşı hazırlaşdıqlarını diqqətə çatdırıb:
"Komanda oyuna tam hazırdır, son təhlilləri aparmışıq. Heyətdə zədəli voleybolçu yoxdur, bütün oyunçuların motivasiyası yüksəkdir. Onlara bu klubun adının önəmini və məsuliyyətini aşılayırıq. İnşallah, yaxşı olacaq və qələbə qazanacağıq".
Z.Rəcəbov azarkeş dəstəyindən də söz açıb:
"Tovuzlu azarkeşlər möhtəşəmdir. Hətta futbolda belə azarkeş dəstəyi görməmişəm. Qarşılaşmaya böyük maraq var və matçda anşlaq yaşanacaq. Bu, həm Tovuz, həm də Azərbaycan voleybolu üçün böyük bir tarixdir. Əsas məqsəd qrup mərhələsinə düşməkdir və bunun üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Turan" – "Mladost" matçı bu gün, saat 19:00-da Tovuz Olimpiya İdman Kompleksində start götürəcək.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 12:38 Qurban Yetirmişli: Yapon mütəxəssislərlə birgə Bakının seysmik qiymətləndirilməsi fevralda başa çatdırılacaq Elm və təhsil 12:36 Andres Oyaver: "Dövlət qurumları süni intellektin istifadəsini sərt tənzimləməlidir" İKT 12:35 Archil Sikharulidze: Azərbaycanla Gürcüstan arasında 1991-ci ildən formalaşan dostluq daha da inkişaf etdirilməlidir Xarici siyasət 12:35 Azərbaycanlı UEFA nümayəndəsi Orxan Hüseynzadə təyinat alıb Futbol 12:34 Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib Hadisə 12:34 Sabah rayonlara yağış yağacaq Ekologiya 12:34 Japarov: Bişkek və Bakı əldə olunmuş razılaşmaları ardıcıl şəkildə həyata keçirməlidir Xarici siyasət 12:33 Zelenski: ABŞ ilə fikir ayrılıqları olsa da, açıq və praqmatik münasibətlərin saxlanmasında maraqlıyıq Digər ölkələr 12:33 Biznesin beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinin şərti açıqlanıb Biznes Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.