U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 19° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub Futbol 24 oktyabr, 2026 13:01 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
FIFA prezidenti Canni İnfantino, turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov, AFFA prezidenti Rövşən Nəcəf və AFFA rəsmiləri U-15 dünya çempionatı və festivalının ilk oyun günündə Hövsan Yarış Kompleksini ziyarət ediblər.
"Report" un məlumatına görə, səfər zamanı rəsmilər kompleksdə yaradılmış şəraitlə tanış olub, turnirin ilk oyunlarını izləyiblər.
İlk oyun günü ərzində Hövsan Yarış Kompleksində ümumilikdə 92 oyun keçiriləcək.
U-15 dünya çempionatı və festivalı ümumilikdə 22-30 oktyabr tarixlərini əhatə edir. Turnirin ilk oyunlarına bu gün, 24 oktyabrda start verilib. İlk dəfə keçirilən turnir 189 FIFA üzv assosiasiyasından olan gənc futbol istedadlarını Bakıda bir araya gətirir. İlk oyun günü bu axşam "Baku Crystal Hall"da davam edəcək. Burada turnirin rəsmi açılış mərasimi keçiriləcək, ardınca isə Azərbaycan milli komandası Şərqi Timor yığması ilə qarşılaşacaq. Yüksək səviyyəli qonaqların səfəri FIFA, AFFA və yerli təşkilat qurumları arasında sıx əməkdaşlığı əks etdirir.
Turnir gənc futbolçuların inkişafına, beynəlxalq təcrübə mübadiləsinə və futbolun qlobal miqyasda inkişafına töhfə verməyi hədəfləyir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Инфантино посетил Говсанский спорткомплекс в первый игровой день ЧМ U-15 Foto FIFA, AFFA presidents visit Hovsan Complex on opening day of U-15 World Cup --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 19° C Son xəbərlər 15:40 Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb Biznes 15:27 Foto Video Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb Hadisə 15:07 Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb Digər ölkələr 14:56 Foto Azərbaycan şahmatçıları klublararası Avropa Kubokunda medallar qazanıblar Fərdi 14:56 Foto Qubada Beynəlxalq Gənclər Forumunun açılış mərasimi keçirilib Mədəniyyət siyasəti 14:56 Azərbaycanın Ukraynadakı səfiri Zakarpatye vilayəti ilə ticarət əlaqələrinin inkişafını müzakirə edib İqtisadiyyat 14:49 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb Hadisə 14:32 R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb Digər ölkələr 14:30 Sabah Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq Ekologiya Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.