İdman24
Futbol · APA Sport

“Çelsi” transfer etdi, birbaşa icarəyə verdi

“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda“Atalanta”nın 18 yaşlı müdafiəçisi Honest Ahanoru transfer edib.

Bu barədə "zadəganlar"ın mətbuat xidməti məlumat yayıb.

London klubu gənc futbolçunun keçidi üçün İtaliya təmsilçisinə 40 milyon funt sterlinq ödəyib.

Qeyd edək ki, Ahanor yeni mövsümdə “Kristal Pelas”da icarə əsasında çıxış edəcək. 18 yaşlı futbolçu bir illik icarə müqaviləsi ilə Londonun digər təmsilçisinə keçib.

Orijinal mənbə

İdman24 əsas səhifə