Futbol · APA Sport
Ronaldo tarix yazdı - Dünya çempionatlarında bunu bacaran ilk futbolçu oldu

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo növbəti rekorda imza atıb.
Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçu DÇ-2026-nın K qrupunda Özbəkistanla oyunda fərqlənərək adını dünya futbolu tarixinə yazdırıb.
Ronaldo bununla dünya çempionatlarının 6 müxtəlif final mərhələsində qol vuran ilk futbolçu olub.
O, 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı illərdə keçirilən mundiallarda rəqib qapılarına yol tapmağı bacarıb.