Futbol · APA Sport
"Siti" futbolçusunu icarəyə verdi

“Mançester Siti” futbolçusu Ceremi Monqanı icarəyə verib.
Apasport.az xəbər verir ki, 17 yaşlı ingiltərəli vinger mövsümün sonuna qədər Çempionşip təmsilçisi “Suonsi”də çıxış edəcək.
Monqa “Mançester Siti”yə bu ilin iyulunda “Lester”dən transfer olunub.
“Şəhərlilər” gənc futbolçu üçün 10 milyon funt sterlinq ödəyib. Müqavilədə əlavə 2,5 milyon funt sterlinqlik bonuslar da nəzərdə tutulub.