Futbol · APA Sport
“Kəpəz”in növbəti rəqibi bəlli oldu

“Kəpəz” futbol klubunun yay fasiləsində keçirəcəyi daha bir yoxlama oyununun rəqibi açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Kəpəz” üçüncü - sonuncu yoxlama matçında “Sumqayıt”la qarşılaşacaq. Görüş iyulun 26-da Qəbələ şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, Gəncə klubu iyulun 14-də “Qəbələ”, iyulun 20-də isə “Şamaxı” ilə qüvvəsini sınayacaq.