İdman24
Futbol · APA Sport

“Beşiktaş”dan Trossard qərarı: UEFA siyahısına salınmadı

“Beşiktaş”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Midtyulland”la keçirəcəyi oyunlar üçün təqdim etdiyi heyət açıqlanıb.

Apasport.az xəbər verir ki, yeni transfer Leandro Trossard İstanbul klubunun UEFA-ya göndərdiyi siyahıda yer almayıb.

Belçikalı futbolçunun adının heyətə daxil edilməməsinin səbəbi barədə məlumat verilməyib. Qeyd edək ki, "Beşiktaş" - "Midtyulland" arasında ilk oyun iyulun 23-də İstanbuldakı Tüpraş stadionunda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü isə iyulun 30-da Danimarkanın Herning şəhərində keçiriləcək.

Orijinal mənbə

İdman24 əsas səhifə