Zelenski Dublində "Starshield"in işində problemlərdən danışıb, "F-16"lar üçün döyüş sursatı istəyib

İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü Bakı 12° C USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Zelenski Dublində "Starshield"in işində problemlərdən danışıb, "F-16"lar üçün döyüş sursatı istəyib Digər ölkələr 12 noyabr, 2026 16:55 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna işğal olunmuş ərazilərdə "Starshield" sisteminin sürət məhdudiyyətləri ilə yenidən üzləşib. Bu isə Rusiya reaktiv pilotsuz uçuş aparatlarının vaxtında zərərsizləşdirilməsinə mane olur.
"Report" un Dublinə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin Sammitinin açılış plenar sessiyasında bildirib.
"Yeganə pis xəbər ondan ibarətdir ki, biz yenidən "Starshield"lə bağlı problemlər müşahidə edirik. Ukrayna ərazisində "Starshield"in iş sürətinin məhdudlaşdırıldığını qeydə almışıq. Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində yenidən saatda 161 km, yəni 100 mil sürət məhdudiyyəti tətbiq edilir", - o bildirib.
"Biz Amerika tərəfindən təfərrüatları öyrənməyə çalışırıq, lakin hələlik çox az şey bilirik. Ancaq bəzi şeylər artıq aydındır. Əgər Amerikada kimsə qərarlar qəbul edərkən faktiki olaraq Ukrayna ərazisini bizə məxsus olmayan ərazi kimi nəzərdən keçirirsə, bu, bizə hər şeyin hara getdiyini göstərir. Mövqeyimiz aydın olmalıdır: Ukrayna ərazilərinin Rusiya tərəfindən işğalını heç bir formada tanımaq olmaz", - o deyib.
Qışdan danışan V.Zelenski qeyd edib ki, Rusiya hər il Ukraynaya maksimum zərər vurmağa çalışır. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin energetikaya ayrıca bir döyüş meydanı kimi baxır.
Bununla əlaqədar olaraq, Zelenski Ukraynaya lazım olan dəstəyin üç əsas istiqamətini müəyyən edib. O, hava hücumundan müdafiənin gücləndirilməsini birinci prioritet adlandırıb.
"Bizə dron əleyhinə raketlər, Patriot və NASAMS komplekslərimiz üçün raketlər lazımdır. Sizi buna çox ciddi yanaşmağa və bu raketləri tapmaqda bizə kömək etməyə çağırıram", - o bildirib.
Prezident ikinci istiqamət kimi Ukraynanın "Shahed"ləri məhv etmək üçün istifadə etdiyi F-16 qırıcıları üçün sursatların tədarükünü adlandırıb. Zelenskinin sözlərinə görə, Rusiya həm reaktiv "Şahed"lərin istehsalını, həm də onların tətbiqi ilə edilən hücumların sayını artırmağı planlaşdırır.
O, üçüncü prioritet kimi Ukraynanın energetika sektoruna artıq noyabrda və bütün qış ərzində lazım olan yardımı adlandırıb.
Cəbhə xəttindəki vəziyyətdən danışan Zelenski, Ukraynanın mövqelərini möhkəm adlandırıb və bunu tərəfdaşlarla əməkdaşlıqla əlaqələndirib. O, birgə müdafiə layihələrini və silah istehsalını davam etdirməyə çağırıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Nəzrin Babayeva Sosial şəbəkələrdə paylaşın Kopyalandı Зеленский сообщил о новых проблемах в работе Starshield и попросил боеприпасы для F-16 Ukraine again records Starshield speed limits in occupied territories, hindering drone interception --> --> --> --> --> USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 04:31 Tramp: ABŞ Yaxın Şərq ölkələrinin xahişi ilə İrana qarşı daha sərt addımlardan çəkinib Digər ölkələr 04:27 Albaniya 2028-ci ildə NATO sammitinə ev sahibliyi edə bilər Digər ölkələr 04:02 İspaniya millisi məğlubiyyətsizlik seriyasını 43 matça çatdırıb Komanda 03:56 Rumıniya ABŞ hərbi kontingentinin ölkədə genişləndirilməsini təklif edib Digər ölkələr 03:53 Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır Digər ölkələr 03:42 ABŞ-da ticarət nazirinin vəzifəsindən uzaqlaşdırılması müzakirə olunur Digər ölkələr 03:25 Tramp ABŞ müttəfiqlərini qorumaq üçün İrana qarşı güc tətbiqini istisna etməyib Digər ölkələr 02:35 Foto Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Yenilənib Xarici siyasət 02:13 Azərbaycan Avropaya qaz ixracını artıracaq Energetika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.