İdman24
Digər · APA Sport

Böyük Dəbilqə: Cüdoçularımızdan üçüncü medal

Azərbaycan millisinin üzvü Rəşad Yelkiyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirinin bürünc medalına sahib olub.

Apasport.az xəbər verir ki, cüdoçumuz üçüncü yer uğrunda görüşdə Özbəkistan təmsilçisi Dilşodbek Hamroyevə qalib gələrək fəxri kürsüyə yüksəlib.

Qeyd edək ki, bu, Azərbaycan millisinin turnirdə qazandığı üçüncü medaldır. Daha əvvəl Könül Əliyeva və Balabəy Ağayev qızıl medal əldə ediblər.

Orijinal mənbə

İdman24 əsas səhifə