İdman24
Futbol · APA Sport

DÇ-2026: Meksika Çexiyanı, CAR Cənubi Koreyanı məğlub etdi - YENİLƏNİB

DÇ-2026-da A qrupunun III tur oyunları keçirilib.

Apasport.az xəbər verir ki, turun hər iki görüşü eyni saatda - Bakı vaxtilə 05:00-da başlayıb.

Meksika Çexiya üzərində inamlı qələbə qazanıb: 3:0. Ev sahibləri maksimum nəticə göstərib və 9 xalla qrupu lider olaraq bitirib.

Cənubi Afrika isə Cənubi Koreya ilə qarşılaşıb. Afrikalılar minimal hesablı qələbəyə seviniblər: 1:0.

Bu qələbənin ardınca xallarının sayını 4-ə yüksəldən CAR qrupu 2-ci pillədə başa vurub. Asiya təmsilçisi isə 3 xalla 3-cü olub və pley-offa qalmaq üçün ən yaxşı 3-cülər arasına girməyi gözləyəcək.

DÇ-2026 A qrupu, III tur 25 iyun

Qol: Ç. Qarsiya, 55, Kuinones, 61, Fidalqo, 90+4

Orijinal mənbə

İdman24 əsas səhifə