Futbol · APA Sport
Velko Simiç: “Sabah gücümüzü meydanda nümayiş etdirəcəyik”

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS matçından öncə "bayquşlar"ın futbolçusu Velko Simiçin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, 31 yaşlı vinger görüşlə bağlı fikirlərini bölüşüb:
"Təlim-məşq toplanışını yüksək səviyyədə keçirdiyimizi düşünürəm. Komanda olaraq yoldaşlıq görüşlərində qeydə alınan nəticələr o qədər də əhəmiyyətli deyil. Bunu sabah meydanda göstərəcəyik".
Qeyd edək ki, “Sabah” – TNS oyunu iyulun 7-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.