İdman24
Digər · APA Sport

İkiqat Olimpiya çempionu vəfat edib

Akademik avarçəkmə üzrə ikiqat Olimpiya çempionu Olaf Tufte vəfat edib.

Apasport.az xəbər verir ki, norveçli idmançı 50 yaşında dünyasını dəyişib.

Məlumata görə, Tufte iyulun 20-də öz evində huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn həkimlər onu tibbi helikopterlə Oslo xəstəxanasına çatdırsalar da, idmançının həyatını xilas etmək mümkün olmayıb.

Olaf Tufte akademik avarçəkmənin təkatlı qayıq növündə 2004-cü il Afina və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb. O, həmçinin dünya çempionatlarının ikiqat qalibi olub.

Qeyd edək ki, Tufte 1996-cı ildə Atlantadan başlayaraq 2020-ci il Tokio Olimpiadasınadək ardıcıl yeddi Yay Olimpiya Oyununda iştirak edən ilk norveçli idmançı kimi tarixə düşüb. O, son Olimpiya yarışına 45 yaşında çıxmışdı.

Orijinal mənbə

İdman24 əsas səhifə