Formula 1 · F-1.az
Honda mühərrik mütəxəssislərini Las Veqasda soyuq hava narahat edir

Noyabrın ikinci yarısında Las Veqasda havanı anomal soyuq saymaq olmaz, hər halda gündüz hava 14-16 dərəcəyədək isinib, bu gün isə ümumiyyətlə +17 olub. Amma həftəsonunun bütün sessiyaları axşam saatlarında, projektorların işığı altında keçirilib və bu vaxt temperatur təxminən 10 dərəcə aşağı düşüb. Formula 1 meyarlarına görə, bunlar artıq tam normal şərait sayılmır.