Digər · APA Sport
ML: Türkiyə Fransa sınağında - YENİLƏNİR

Bu gün futbol üzrə Türkiyə millisi UEFA Millətlər Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayır.
Apasport.az xəbər verir ki, A Liqasının I qrupunda yer alan Türkiyə ilk turda Fransa yığmasını qəbul edəcək.
Kocaeli stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Matçı almaniyalı referi Feliks Tsvayer idarə edəcək.
Bu qarşılaşma Türkiyənin A Liqasındakı ilk sınağı olacaq. Qrupun digər komandaları İtaliya və Belçikadır.
Montellanın yetirmələri növbəti görüşünü sentyabrın 28-də İtaliyaya qarşı keçirəcək.
Fransa millisi isə qarşılaşmaya yeni baş məşqçisi Zinəddin Zidanın rəhbərliyi altında çıxacaq.
Bu, fransalı mütəxəssisin yığmanın sükanı arxasında ilk rəsmi oyunu olacaq.