İdman24
Futbol · Report İdman

Fransa Polineziyasının nümayəndəsi: "Bakıda keçirilən yarışda əsas məqsəd gənc futbolçuları dəstəkləməkdir"

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 17° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Fransa Polineziyasının nümayəndəsi: "Bakıda keçirilən yarışda əsas məqsəd gənc futbolçuları dəstəkləməkdir" Komanda 25 oktyabr, 2026 12:07 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Fransız Polineziyası və Kanaki nümayəndə heyətinin Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında iştirak etməkdə əsas məqsəd gənc futbolçuları dəstəkləməkdir.

Bunu "Report" a açıqlamasında Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui – Tahiti) komandalarına dəstək məqsədilə təşkil edilən aksiya zamanı Fransız Polineziyasının nümayəndəsi Tauhani Leska deyib.

O, komandasının turnirdə uğur qazanacağına böyük ümid bəslədiyini bildirib:

"Fransız Polineziyasının bu yarışda qalib gələcəyinə inanırıq və buna ümid edirik. Əsas məqsədimiz gənc futbolçulara dəstək nümayiş etdirməkdir".

Nümayəndə tədbirdə iştirak etmək imkanı yaradıldığına görə təşkilatçılara minnətdarlığını bildirib:

"Burada olmağımıza şərait yaratdıqları və bizi dəvət etdikləri üçün Bakı Təşəbbüs Qrupuna çox minnətdarıq".

Qeyd edək ki, oktyabrın 24-də start götürən U-15 dünya çempionatı və festivalı oktyabrın 30-dək Hövsan Yarış Kompleksində davam edəcək.

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edir. Çempionat çərçivəsində 1 000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.

Azərbaycan komandası bu gün saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında keçiriləcək.

Azərbaycan seçməsi oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано Представительница Французской Полинезии выразила надежду на победу команды на ЧМ U-15 в Баку French Polynesia representative says Baku visit aims to support players --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 12:26 Bakıda yağış yağacaq, şimşək çaxacaq Ekologiya 12:07 Fransa Polineziyasının nümayəndəsi: "Bakıda keçirilən yarışda əsas məqsəd gənc futbolçuları dəstəkləməkdir" Komanda 11:52 Aleksandar Vuçiç xanımı ilə birlikdə səsvermədə iştirak edib Digər ölkələr 11:45 Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub Digər ölkələr 11:39 Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir Digər ölkələr 11:38 İzabel Bearune: Dünya çempionatında iştirak etmək gənclərimiz üçün böyük fəxrdir Komanda 11:27 Foto Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Bakıda aksiya keçiriblər Futbol 11:08 Foto Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb Hadisə 11:01 İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə