Türkmənbaşı ilə Ələt arasında fider xəttinin yaradılması təklif edilib

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 22° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Türkmənbaşı ilə Ələt arasında fider xəttinin yaradılması təklif edilib İnfrastruktur 21 oktyabr, 2026 13:26 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Türkmənbaşı ilə Ələt arasında fider xəttinin yaradılması təklif olunur.
"Report" xəbər verir ki, bunu Azərbaycan Ekspeditorlar Assosiasiyası sədrinin müavini Elmir Poladov "Avropa İttifaqı – Azərbaycan Biznes Forumu 2026" tədbirində bildirib.
Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin enməsinin davam edəcəyi proqnozlaşdırılır: "Bildiyiniz kimi, Xəzərin səviyyəsi əsasən Volqa çayından gələn suyun həcmindən asılıdır. Hazırda isə Volqa çayı vasitəsilə Xəzərə daxil olan suyun həcmi azalır. Buna görə də limanlarda yalnız dibdərinləşdirmə işlərinin aparılması kifayət deyil, daha genişmiqyaslı tədbirlər görülməlidir. Hər il bir neçə metr, hətta 5 metr dərinlikdə qazıntı işləri aparmaq mümkündür. Lakin növbəti il suyun səviyyəsi yenidən aşağı düşərsə, bu işləri təkrar görmək lazım gələcək".
E. Poladov qeyd edib ki, Türkmənistan Orta Dəhliz üçün böyük imkanlar və eyni zamanda ciddi çağırışlar yaradır: "Əgər Türkmənistan Orta Dəhlizlə daşımaların inkişafına həqiqətən töhfə vermək istəsə və bu istiqamətdə fəal addımlar atsa, ölkənin böyük potensialı və yaxşı infrastrukturu var. Türkmənbaşı limanı kifayət qədər böyükdür və yaxşı infrastruktura malikdir. Bununla belə, Türkmənistanın ekspeditorları ilə işləmək müəyyən çətinliklər yarada bilər. Onların xarici şirkətlər və agentlərlə əməkdaşlıq sahəsində təcrübəsi o qədər də geniş deyil. Bununla belə, artıq bu istiqamətdə layihələrin mövcud olduğunu görmüşəm. Ümid edirəm ki, Türkmənbaşı vasitəsilə Çindən Azərbaycana konteyner yüklərinin daşınmasına başlanılacaq".
O bildirib ki, bunun üçün ilk növbədə Türkmənbaşı limanında konteyner terminalı tikilməlidir: "İkinci vacib addım isə Türkmənbaşı ilə Ələt limanı arasında fider daşımalarını həyata keçirəcək müntəzəm gəmiçilik xəttinin yaradılmasıdır".
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Kənan Sadıqov Sosial şəbəkələrdə paylaşın Скопировано Между портами Туркменбаши и Алят могут запустить фидерную линию Feeder service may be launched between ports of Turkmenbashi, Alat --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 14:11 Portuqaliyada etiraz aksiyaları bu həftə bərpa olunacaq Digər ölkələr 13:48 Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib Xarici siyasət 13:48 Putin: Rusiya ABŞ ilə iqtisadi əməkdaşlığın bərpasında maraqlıdır Digər ölkələr 13:45 Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb İKT 13:43 "Barselona" UEFA Çempionlar Liqasında antirekordunu yeniləyib Futbol 13:32 EBRD regional əlaqəliliyin gücləndirilməsinin əsas şərtini açıqlayıb İnfrastruktur 13:26 Türkmənbaşı ilə Ələt arasında fider xəttinin yaradılması təklif edilib İnfrastruktur 13:24 PSJ-nin futbolçusu Kvaratsxeliyanın dizində ön çarpaz bağları qopub Futbol 13:24 TRASEKA dəhliz iştirakçısı olan ölkələri birləşdirmək üçün rəqəmsal platforma hazırlayır İnfrastruktur Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.