İdman24
Futbol · APA Sport

AL: “Qarabağ” ÇSKA ilə bacarmadı - YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Apasport.az xəbər verir ki, “Qarabağ” Bakıda Bolqarıstanın ÇSKA (Sofiya) klubunu qəbul edib.

Qurban Qurbanovun komandası I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu hər iki görüşdə 3:0 hesabı ilə məğlub edib.

ÇSKA (Sofiya) isə İrlandiyanın “Derri Siti” komandası üzərində iki oyunun nəticəsinə əsasən 5:3 hesablı üstünlük qazanıb. Qarşılaşmanı italiyalı FIFA referisi Daniele Kiffi idarə edib. Ona həmyerliləri Covanni Bakkini və Alessandro Lo Çiçero kömək göstəriblər. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirib.

Gərgin keçən qarşılaşmada hesab açılmayıb - 0:0. UEFA Avropa Liqası II təsnifat mərhələsi, ilk oyun 23 iyul 20:00. “Qarabağ” (Azərbaycan) – ÇSKA (Sofiya, Bolqarıstan) 0:0 Baş hakim : Daniele Kiffi (İtaliya) Stadion : Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 30-da Sofiyadakı “Vasil Levski” Milli Stadionunda keçiriləcək.

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir, 11. Zakariya Savo

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 7. Jali Muaddib, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 25. Cebrail Makreskis, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 44. Elvin Cəfərquliyev, 49. Əli Bəşirov

ÇSKA: 21. Fyodor Lapuxov, 17. Angelo Martino, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 2. Pastor, 8. Stefano Sensi, 6. Bruno Jordao (k), 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 28. İoannis Pittas, 9. Leandro Qodoy

Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 3. Tamimu Ouru, 10. Coel Zvarts, 11. Mohamed Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leo Pereyra, 77. Alexandro Pyedrahita, 80. Giorgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsak Solet

Orijinal mənbə

İdman24 əsas səhifə