İdman24
Digər · Report İdman

Tərlan Həsənov: "Hidayət Heydərova Bakıdakı dünya çempionatında qərəzli yanaşıldı"

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 21° C USD - 1.700 EUR - 1.910 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Tərlan Həsənov: "Hidayət Heydərova Bakıdakı dünya çempionatında qərəzli yanaşıldı" Fərdi 07 oktyabr, 2026 11:06 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Olimpiya çempionu Hidayət Heydərovun şəxsi məşqçisi Tərlan Həsənov Bakıda keçirilən dünya çempionatında cüdoçuya münasibətdə qərəzli yanaşmanın olduğunu hesab edir.

Təcrübəli mütəxəssis bu barədə "Report" a açıqlama verib.

Əməkdar məşqçi 73 kq çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionunun yarışı medalsız başa vurması ilə bağlı fikirlərini bölüşüb:

"Hidayət Heydərov ilk görüşündə təmiz qalib gəldi. İkinci qarşılaşma da uğurlu keçdi. Sonrakı dueldə italiyalı rəqib, Avropa çempionatının mükafatçısı Covanni Espozito ilə üz-üzə gəldi. 1/8 final görüşünün başlanğıcı bərabər mübarizə ilə davam edirdi. Hər iki tərəfə passivliyə görə xəbərdarlıq elan olundu. Daha sonra Hidayətin hücumu zamanı ona qərəzli şəkildə ikinci xəbərdarlıq verildi. Bir neçə saniyə keçməmiş idmançımızın növbəti hücumunda da "şido" elan edildi. Bu, hamımız - tamaşaçılar, cüdo mütəxəssisləri və federasiya rəsmiləri üçün anlaşılmaz qaldı. Mən də şəxsi məşqçi olaraq qərəz müşahidə etdim. Hakim dayandı, komissar tərəfdən göstəriş verildi ki, üçüncü xəbərdarlıq elan olunsun. Həmin məqamda xəbərdarlıq vermək mümkünsüz idi. İkinci və üçüncü xəbərdarlıqlar səhv oldu. Buna görə də Hidayət məğlubiyyətlə mundialı tərk etdi".

T.Həsənov bildirib ki, qərəzə nəyin səbəb olduğunu bilmir:

"Onların nə üçün belə hərəkət etdiyini anlaya bilmirəm. Çox təəccübləndim. Hidayət çəkisini yaxşı endirmişdi. Yığmanın məşqlərinə gedirdim. Hər şey normal davam edirdi. Hidayətin taktikası belədir ki, görüşün son hissəsində fəallaşır, fəndlər tətbiq edir. Mən hakimlərin bu addımını anlaya bilmədim. Federasiya nümayəndələri də bunun onlar üçün müəmmalı olduğunu bildirirlər".

Mütəxəssisin fikrincə, Hidayət Heydərov növbəti olimpiadaya daha ciddi hazırlaşmalıdır:

"Dünya çempionatına hazırlıq prosesində heç bir problem yox idi. Bakıdakı yarışda gürcüstanlı Laşa Şavdatuaşvili də cərimə xallarına əsasən mübarizədən kənarlaşdı. Lakin ona verilən xəbərdarlıqlar haqlı idi. Ancaq Hidayətə qarşı qərəzli münasibətin səbəbini başa düşə bilmədim".

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 11:49 Beşqat olimpiya çempionu Nadya Komaneçi Bakıda keçirilən mundialın iştirakçılarına müraciət edib Fərdi 11:47 Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək Daxili siyasət 11:45 AQTA: Aqrar sahədə yeni qanun heyvan-bitki sağlamlığını inkişaf etdirəcək ASK 11:39 Astanada dini liderlərin iclasında iqlim dəyişikliyi və süni intellektlə bağlı sənədlər təqdim edilib Din 11:35 Deputat: "Kənd təsərrüfatı kooperasiyasının vaxtı hələ çatmayıb" ASK 11:26 Qaburiç: İtkin düşmüş şəxslərlə bağlı məsələ siyasətdən kənar olmalıdır Xarici siyasət 11:25 Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb Fərdi 11:23 Məcnun Məmmədov: "Aqrar sahədə yeni qanun istehsalçıları əsassız müdaxilələrdən qoruyacaq" ASK 11:23 Norveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə