Futbol üzrə U-15 dünya çempionatı və festivalı matçından əvvəl aksiya keçirilib

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 17° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Bakıda aksiya keçiriblər Futbol 25 oktyabr, 2026 11:27 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda təşkil olunan futbol üzrə U-15 dünya çempionatı və festivalı matçından əvvəl aksiya keçirilib.
"Report" un məlumatına görə, Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlərin aksiyası Hövsan Yarış Kompleksində baş tutub.
Aksiya Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui – Tahiti) komandalarına dəstək məqsədi daşıyıb.
Dəstək aksiyası zamanı Sakit okean xalqlarının həmrəyliyi və gənc idmançıların beynəlxalq yarışlarda öz xalqlarını təmsil etməsinin vacibliyi vurğulanıb.
Tədbir Hövsan Yarış Kompleksinin 8B meydançasında keçiriləcək Burkina Faso – Yəni Kaledoniya oyunundan öncə təşkil olunub.
Qeyd edək ki, oktyabrın 24-də start verilən U-15 dünya çempionatı və festival oktyabrın 30-na qədər Hövsan Yarış Kompleksində davam edəcək.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Azərbaycan komandası bu gün saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Seçmə kollektiv oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada qarşılaşacaq.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Foto Vüqar Xanlarov Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Болельщики Новой Каледонии и Французской Полинезии провели акцию в Баку Foto Fans rally for New Caledonia and French Polynesia at Hovsan complex --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 12:26 Bakıda yağış yağacaq, şimşək çaxacaq Ekologiya 12:07 Fransa Polineziyasının nümayəndəsi: "Bakıda keçirilən yarışda əsas məqsəd gənc futbolçuları dəstəkləməkdir" Komanda 11:52 Aleksandar Vuçiç xanımı ilə birlikdə səsvermədə iştirak edib Digər ölkələr 11:45 Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub Digər ölkələr 11:39 Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir Digər ölkələr 11:38 İzabel Bearune: Dünya çempionatında iştirak etmək gənclərimiz üçün böyük fəxrdir Komanda 11:27 Foto Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Bakıda aksiya keçiriblər Futbol 11:08 Foto Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb Hadisə 11:01 İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.