İdman24
Futbol · APA Sport

“Turan Tovuz”un Türkiyədəki növbəti rəqibi bəlli oldu

Yeni mövsümə Türkiyədə hazırlaşan “Turan Tovuz”un yoxlama oyunundakı növbəti rəqibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv Türkiyənin “Iğdır” klubu ilə qarşılaşacaq.

Görüş iyulun 31-də keçiriləcək.

Qeyd edək ki, “Turan Tovuz” Türkiyə toplanışı çərçivəsində daha əvvəl iki yoxlama oyunu keçirib. Qərb bölgəsi təmsilçisi İranın U-21 millisi və “Fatih Karagümrük”lə qarşılaşıb. Hər iki matç 1:1 hesabı ilə başa çatıb.

Orijinal mənbə

İdman24 əsas səhifə