Anar Allahverdiyev: "Avropa Kubokunda mükafatçılar sırasına düşmək üçün mübarizə aparacağıq"

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol Bakı 25° C USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Anar Allahverdiyev: "Avropa Kubokunda mükafatçılar sırasına düşmək üçün mübarizə aparacağıq" Fərdi 16 oktyabr, 2026 12:25 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın "Vüqar Həşimov" və "Odlar Yurdu" şahmat klubları Monteneqronun Budva şəhərində keçiriləcək Avropa Kubokunda mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparacaqlar.
Bunu "Report" a açıqlamasında Vüqar Həşimov Memorialının direktoru, şahmat mütəxəssisi Anar Allahverdiyev deyib.
O, "Vüqar Həşimov" klubunun rəqiblərdən fərqli olaraq təmiz yerli kadrlarla təmsil olunduğunu bildirib:
"Rəqiblərin əksəriyyəti heyətə əcnəbi şahmatçılar cəlb ediblər. Məsələn, Türkiyənin "Byegan Pendik" klubunda Aniş Qiri, Amin Tabatabai, Riçard Rapport, Volodar Murzin kimi legionerlər, həmçinin Şəhriyar Məmmədyarov mübarizə aparacaq. Demək olar ki, ən güclü komandadır. Şimali Makedoniyanın "Alkaloid" klubunda Çin, Hindistan və Serbiya təmsilçiləri yer alıblar. Çexiyanın "Novi Bor" komandasında isə cəmi 1 yerli şahmatçı var. Biz isə ənənəmizə sadiq qalaraq yalnız öz milli kadrlarımızla yarışacağıq".
Mütəxəssis heyətdəki məcburi dəyişikliyə diqqət çəkib:
"Komandamız Avropa Kubokunda 2019-cu ildən iştirak edir. O vaxt gənc olan Aydın Süleymanlı və Əhməd Əhmədzadə artıq qrossmeysterdirlər. Bu dəfə heyətə Əhməd Əhmədzadə ilə Vüqar Rəsulov da daxil edilmişdi. Lakin Türkiyədən gəliş zamanı yaranan viza problemlərinə görə onlar yarışda iştirak edə bilməyəcəklər. Onların əvəzinə heyətə gənc və perspektivli şahmatçı Şiroğlan Talıbov cəlb olunub".
O, qadınlardan ibarət "Odlar Yurdu" klubunun da imkanlarını yüksək qiymətləndirib:
"Odlar Yurdu" komandası yarışa 5-ci sırada start verir. Heyətdə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova kimi millinin aparıcı üzvləri yer alıblar. Nicat Abasovun kapitanlığı ilə çıxış edəcək kollektiv əvvəllər də Avropa və dünya mükafatçısı olub. Rəqiblərin heyətində təcrübəli şahmatçılar olsa da, bizim komanda da mükafatlar uğrunda mübarizə aparacaq. Bizi həyəcanlı və maraqlı oyunlar gözləyir".
A.Allahverdiyev komandada yer alanların reytinqinin yüksəldiyini və strateji məqsədləri vurğulayıb:
"İllərlə komandanın lideri Rauf Məmmədov olub. Hazırda isə 2679 əmsalla Aydın Süleymanlı Raufu üstələyir. Bu fakt komandada yer alanların reytinqinin artdığını göstərir. Sırf yarışda yer tutmaqdan başqa, gənc şahmatçıları cəlb etmək, komanda ruhunu formalaşdırmaq və milliyə inamlı kadrlar qazandırmaq kimi strateji ideyalarımız var. Aydın da məhz bu komandadakı çıxışı ilə milliyə vəsiqə qazandı. Yarışa 6-cı sırada başlayan komandamız mükafatçılar sırasına düşmək üçün sonadək vuruşacaq".
Qeyd edək ki, oktyabrın 17-dən 23-dək Monteneqronun Budva şəhərində keçiriləcək Avropa Kuboku İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.
Kişilərdən ibarət "Vüqar Həşimov" komandasının heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Read Səmədov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov və Kənan Qarayev çıxış edəcəklər. Klapitan Sərxan Həşimov olacaq.
Qadınların yarışında isə heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədovanın yer aldığı "Odlar Yurdu" klubu mübarizə aparacaq. Bu komandaya Nicat Abasov kapitanlıq edəcək.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 15:40 Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları Analitika 15:37 Foto Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub Hərbi 15:33 Şavkat Mirziyoyev: "SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır" Energetika 15:33 Foto Azərbaycan və Şri-Lanka XİN başçıları ikitərəfli münasibətləri müzakirə ediblər Xarici siyasət 15:26 Stiven Cerrard İngiltərə klubunun baş məşqçisi ola bilər Futbol 15:16 Ermənistanın keçmiş, eləcə də indiki rəhbərliyi ardıcıl olaraq cinayətkar siyasəti davam etdiriblər - rəy Daxili siyasət 15:00 Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən türkiyəli jurnalist beynəlxalq axtarışa verilib Hadisə 14:48 Foto Kəlbəcərin sağlamlıq turizmi beynəlxalq sammitdə təqdim olunub Turizm 14:46 FHN-in hərbi hissə komandiri: Minatəmizləmə əməliyyatları müəyyən olunmuş istiqamətlər üzrə aparılır Daxili siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.