Döyüş İdmanı · APA Sport
U-17 DÇ: İbrahim Həsənov gümüş medalla kifayətləndi

Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən idmançı finalda İran təmsilçisi Benyamin Mayvana 1:5 hesabı ilə məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Beləliklə, Azərbaycanın sərbəst güləş millisi dünya çempionatını 1 gümüş medalla başa vurub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal qazanıblar. Bununla da Azərbaycan yığması Bakıda keçirilən U-17 dünya çempionatını ümumilikdə 7 medalla (4 gümüş, 3 bürünc) başa vurub.