İdman24
Döyüş İdmanı · Report İdman

Nazir: Mineral xammalın dünya bazarlarına çıxarılması mühüm şərtdir

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 22° C USD - 1.700 EUR - 1.933 TRY - 0.035 GEL - 0.651 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Nazir: Mineral xammalın dünya bazarlarına çıxarılması mühüm şərtdir Ekologiya 25 sentyabr, 2026 17:59 Azərbaycanın hasil etdiyi mineral xammal və emal məhsullarının dünya bazarlarına çıxarılması mühüm şərtdir.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Onun sözlərinə görə, Bakıda keçirilən COP29 çərçivəsində enerji keçidi üçün zəruri olan bu mineralların gələcəyi beynəlxalq müzakirələrin mərkəzində dayanıb:

"Tədbir zamanı qəbul edilmiş qlobal təşəbbüslər, xüsusilə 2030-cu ilədək enerji saxlama gücünün altı dəfə artırılaraq 1500 qiqavata çatdırılması və 25 milyon kilometr elektrik şəbəkəsinin yaradılması və ya yenilənməsini nəzərdə tutur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq əsas prioritetimiz yaşıl texnologiyalar üçün zəruri mineral xammalın hasilatı zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsini və təbii ehtiyatlardan səmərəli istifadəni təmin etməkdir. Bu baxımdan, suyun təkrar dövriyyəsi, enerji səmərəliliyi, tullantıların təhlükəsiz idarə olunması, biomüxtəlifliyin qorunması və istismar başa çatdıqdan sonra torpaqların rekultivasiyası kimi məsələlər layihələndirmə mərhələsindən diqqətdə saxlanılmalıdır".

Nazir deyib ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri mineral ehtiyatlardan səmərəli istifadə üçün yeni imkanlar yaradır:

"Bərpa və yenidən qurulan yollar, enerji və su infrastrukturu istehsal layihələrinin inkişafına möhkəm zəmin formalaşdırır. Biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yataqların iqtisadi dövriyyəyə cəlb olunmasına məhz bu bütöv yanaşma ilə baxırıq. İcra edilən hər bir layihə məşğulluğa və ixraca töhfə verməklə yanaşı, ərazinin bərpa planları, su ehtiyatları və ekosistemlərin həssaslığı ilə uzlaşdırılmalıdır. Hasil edilən mineral xammal və emal məhsullarının dünya bazarlarına çıxarılması da mühüm şərtdir. Bu baxımdan, Azərbaycanın strateji Orta Dəhliz üzərində yerləşməsi daşınma marşrutlarının şaxələndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi üçün bizə və tərəfdaşlarımıza əlavə üstünlük qazandırır. Azərbaycan öz kritik mineral potensialını məsuliyyətlə inkişaf etdirməyə, ölkə daxilində əlavə dəyər yaratmağa və qlobal təchizatın dayanıqlılığına töhfə verməyə hazırdır".

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Kamran Qasımov Sosial şəbəkələrdə paylaşın Скопировано Министр: Выход минерального сырья на мировые рынки — важное условие Minister: Access to global markets essential for Azerbaijan's mineral resources USD - 1.700 EUR - 1.933 TRY - 0.035 GEL - 0.651 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 18:40 "Gallup": Ermənistan vətəndaşlarının təxminən 55%-i Rusiya bazasının Gümrüdə qalmasını dəstəkləyib Digər ölkələr 18:35 TDT Katibliyində dövlət bayraqları Qazaxıstanla həmrəylik əlaməti olaraq endirilib Xarici siyasət 18:33 Azərbaycanla Şimali Makedoniya iqtisadi əməkdaşlığı müzakirə edib Biznes 18:31 FAO: Rəqəmsal innovasiyalar bütün təsərrüfatlar və müəssisələr üçün əlçatan olmalıdır ASK 18:31 Foto AIIF 2026-da Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlıq müzakirə olunub Biznes 18:26 Foto Baş Prokurorluqda şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib Daxili siyasət 18:23 Foto AIIF 2026-da Orta Dəhliz haqqında panel sessiya olub İnfrastruktur 18:20 Foto Video "Birliyin Gücü - 2026" təliminin iştirakçıları üçün konsert proqramı təşkil edilib Hərbi 18:19 Ağstafada avtoqəza olub, xəsarət alanlar var Hadisə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə