İdman24
Futbol · APA Sport

Rauf Əliyev: BU, "SABAH" ÜÇÜN ƏLAVƏ ÜSTÜNLÜKDÜR

Bu sözləri "Apasport"a açıqlamasında Rauf Əliyev deyib.

Azərbaycan millisinin sabiq futbolçusu "Sabah" və "Qarabağ"ın avrokuboklarda pley-off matçlarını dəyərləndirib:

"Hər iki komandamız səfərdə çıxış edəcək. İlk oyunlarda komandalar ehtiyatlı davranmağa çalışırlar. Əsas da qonaq komandalar. Düşünürəm ki, həm "Sabah", həm də "Qarabağ" cütün taleyini evdə həll etməyə çalışacaqlar.

"Sabah"ın rəqibi "Hapoel" ev matçlarını doğma meydanda keçirə bilmir. Bu, komandamız üçün əlavə üstünlükdür. "Bayquşlar" bundan yararlana bilərlər".

Qeyd edək ki, "Hapoel" - "Sabah" matçı bu gecə, "Tvente" - "Qarabağ" görüşü isə sabah baş tutacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə