İdman24
Digər · APA Sport

FİFA-dan BMT-yə – Tramp İnfantinonu Baş katibliyə namizəd göstərir

ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizəd göstərməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.

ABŞ prezidentinin Qlobal Tərəfdaşlıqlar üzrə xüsusi nümayəndəsi Paolo Zampolli bildirib ki, bu ideya Trampa məxsusdur.

"Bəli, bu onun fikridir. Yalnız Prezident Tramp belə dahiyanə ideya irəli sürə bilərdi".

Məlumata görə, Tramp İnfantinonun dünya miqyasında böyük hörmət qazandığını və insanları bir araya gətirmək bacarığına malik olduğunu düşünür.

Qeyd edək ki, BMT-nin Baş katibi seçilmək üçün namizəd əvvəlcə BMT Təhlükəsizlik Şurasının 15 üzvündən ən azı 9-nun dəstəyini almalı və beş daimi üzvdən (ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa) heç birinin vetosu ilə üzləşməməlidir.

Bundan sonra namizədlik BMT Baş Assambleyasının 193 üzvü tərəfindən səsverməyə çıxarılır.

Orijinal mənbə

İdman24 əsas səhifə