İdman24
Digər · APA Sport

Skaloni: "Mən bu komandanı xatırlayacam"

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın finalında İspaniyaya uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, mütəxəssis komandasının sona qədər mübarizə apardığını bildirib.

"Qalib gələndə necə idiksə, məğlub olanda da elə olmalıyıq. Azarkeşlərimiz əmin olsunlar ki, əlimizdən gələnin maksimumunu etdik.

Deyirlər ki, ikinci yeri tutanı heç kim xatırlamır. Amma mən bu komandanı xatırlayacam. Bura qədər gəlib çıxmaq həqiqətən çox çətindir".

Qeyd edək ki, İspaniya DÇ-2026-nın finalında Argentinanı 1:0 məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.

Orijinal mənbə

İdman24 əsas səhifə