İdman24
Digər · Report İdman

İrina Zaretska: "Qazandığım qızıl medal istənilən şərhdən daha çox məna daşıyır"

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 17° C USD - 1.700 EUR - 1.907 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia İrina Zaretska: "Qazandığım qızıl medal istənilən şərhdən daha çox məna daşıyır" Fərdi 06 oktyabr, 2026 11:32 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan karateçisi İrina Zaretskanın (68 kq) Avstriyanın Zaltsburq şəhərində keçirilən Karate 1-A Seriyası turnirində qazandığı qızıl medal onun verə biləcəyi şərhdən daha çox məna daşıyır.

Bu barədə "Report" a 30 yaşlı idmançı açıqlama verib.

Təcrübəli karateçi yarışda zirvəyə yüksəlməsi ilə əlaqədar düşüncələrini bölüşüb:

"Qazandığım növbəti qızıl medal mənim verə biləcəyim istənilən şərhdən daha çox məna daşıyır. A Seriyası yüksək səviyyəli yarışlar silsiləsinin sonuncusu oldu. Bu yarışın özəlliyi ondan ibarətdir ki, burada təkcə reytinqdə yer uğrunda və Premyer Liqada iştirak hüququ qazanmaq üçün mübarizə aparan idmançılar deyil, dünyanın ən güclü 32 döyüşçüsünün sırasına daxil olan idmançılar da çıxış edirlər. Mən bu turnirdən komandalar arasında keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə istifadə etdim. Qadınlardan ibarət millimizin bütün üzvləri bu yarışa eyni məqsədlə qatılmışdılar".

İ.Zaretska ona dəstək verənlərə minnətdarlığını ifadə edib:

"Göstərilən dəstəyə və vacib yarış öncəsi son hazırlıq mərhələsini keçirmək üçün şərait yaratdıqlarına görə federasiyaya və baş məşqçiyə təşəkkürümü bildirirəm. Eyni zamanda azarkeşlərimə minnətdarlığımı çatdırmaq istəyirəm. Onlar mənə yazmaqdan, dəstək verməkdən və təbrik etməkdən heç vaxt bezmirlər. Bütün çıxışlarımı izləyən hər bir insana sonsuz minnətdaram. Bu diqqət və dəstək mənə böyük ruh yüksəkliyi verir".

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.907 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 12:39 "Bakı Fond Birjası"nın dövriyyəsi 34 %-dən çox azalıb Maliyyə 12:38 Maykl Olise millidə 1958-ci ildən bəri ən yaxşı göstəriciyə imza atıb Futbol 12:36 Foto Azərbaycan və Türkiyə standartlaşdırma üzrə birgə Fəaliyyət Planı imzalayıb Biznes 12:35 Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb Xarici siyasət 12:34 EBRD: "Özəl investisiyaları cəlb etmək üçün institusional çərçivə gücləndirilməlidir" İnfrastruktur 12:33 Foto Xarici jurnalistlər Astanada Daimi İmdad Məryəm Ana Kafedralını ziyarət ediblər Media 12:32 Dünya Bankı: Azərbaycan dayanıqlı iqtisadi artım üçün xidmət ixracına üstünlük verməlidir Biznes 12:31 Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb Fərdi 12:28 Foto İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə