Namiq Novruzov: Avropa çempionatı Deflimpiya hərəkatının böyük nailiyyətlər əldə etməsinə təkan verəcək

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 17° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Namiq Novruzov: Avropa çempionatı Deflimpiya hərəkatının böyük nailiyyətlər əldə etməsinə təkan verəcək Fərdi 07 noyabr, 2026 14:06 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda ilk dəfə təşkil olunacaq eşitmə qabiliyyəti məhdud olan idmançılar arasında cüdo üzrə Avropa çempionatı inkişaf mərhələsində olan Deflimpiya hərəkatının daha böyük nailiyyətlər əldə etməsinə təkan verəcək.
Bunu "Report" a açıqlamasında Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov deyib.
Komitə rəsmisi sözügedən yarışın ölkəmizdə təşkili, onun tarixi əhəmiyyəti və çempionata hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüb:
"Sevindirici haldır ki, ölkəmiz ilk dəfə idman tarixində eşitmə qabiliyyəti məhdud olan idmançılar arasında cüdo üzrə Avropa çempionatı keçirəcək. Xüsusilə qeyd olunmalıdır ki, bu günədək ölkəmizdə hər hansı idman növündə Avropa Karlar İdman Təşkilatının (EDSO) himayəsi ilə Avropa çempionatına ev sahibliyi edilməyib. İnanırıq ki, bu tədbir ölkəmizdə inkişaf mərhələsində olan Deflimpiya hərəkatının daha böyük nailiyyətlər əldə etməsinə təkan verəcək və bu kateqoriyadan olan şəxslərin kütləvi şəkildə cəmiyyətimizə inteqrasiya etməsinə şərait yaradacaq. Komitə ilin əvvəlindən bu Avropa çempionatında Deflimpiya yığmamızın uğurlu çıxışını təmin etmək məqsədi ilə idmançılarımız üçün təlim-məşq toplanışlarının keçirilməsi, yığmanın nümayəndələrinin beynəlxalq yarışlarda təcrübə toplaması və ümumilikdə hazırlıq səviyyəsinin artırılması üçün hərtərəfli dəstək göstərib".
O, tədbirin təşkilinin yüksək səviyyədə davam etdiyini vurğulayıb:
"İnanırıq ki, Avropanın müxtəlif ölkələrindən Azərbaycana ilk dəfə səfər edəcək heyətlər ölkəmizin idman tədbirlərinin keçirilməsi təcrübəsinə və peşəkarlığına şahid olacaq. İnanırıq ki, yüksək səviyyədə təşkil ediləcək çempionat və millətimizin qonaqpərvərliyi bütün iştirakçıların qəlbində ölkəmiz barədə çox xoş təəssüratlar buraxacaq".
Baş katib yarışda iştirak edəcək yığmanın hədəflərindən söz aşıb:
"Əvvəlcə onu vurğulamalıyıq ki, Deflimpiya yığmamızın bir çox üzvü bu cür mötəbər yarışda ilk dəfə iştirak edəcəkdir, hərçənd ki, onların mübarizə aparacaqları rəqiblərinin çoxunun böyük beynəlxalq yarış təcrübəsi vardır. Buna baxmayaraq, ev sahibliyi etdiyimiz bu çempionatda hər bir deflimpiyaçımız ölkəmizi layiqincə təmsil etməyə çalışacaq. İstənilən halda, deflimpiyaçıların bu yarışda iştirakı onların təcrübə toplamasına və gələcək nailiyyətlərinin təmin edilməsi üçün zəmin yaradacaq".
Qeyd edək ki, eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı noyabrın 11-dən 12-dək Bakıda təşkil olunacaq. Qitə çempionatında 12 ölkədən 80-nə yaxın cüdoçu yarışacaq.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 15:33 "Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək Futbol 15:32 Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb Digər ölkələr 15:28 Foto Video FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib Daxili siyasət 15:19 Foto Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir ASK 15:17 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək Fərdi 15:13 ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb Digər ölkələr 15:04 Tokayev: Astana Tacikistanın BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyəcək Digər ölkələr 14:45 Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb Region 14:42 Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.