İdman24
Futbol · APA Sport

Çempionlar Liqasında püşkatma günü - YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkü atılacaq.

Apasport.az xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 20:00-da Monakoda keçiriləcək.

Liqa mərhələsində mübarizə aparacaq 36 komanda 4 səbətə bölünüb.

Azərbaycan çempionu “Sabah” 4-cü səbətdə yer alıb. Türkiyə təmsilçiləri “Fənərbaxça” və “Qalatasaray” isə 3-cü səbətdə qərarlaşıb.

I səbət: PSJ, “Bavariya”, “Real Madrid”, “Liverpul”, “İnter”, “Mançester Siti”, “Arsenal”, “Barselona”, “Atletiko Madrid”

II səbət: “Borussiya Dortmund”, “Roma”, “Sportinq”, “Aston Villa”, “Portu”, “Mançester Yunayted”, “Brügge”, “Betis”, PSV

III səbət: “Feyenoord”, “Lill”, “Fənərbaxça”, “Bodo-Qlimt”, “Napoli”, “Leypsiq”, “Vilyarreal”, “Şaxtyor”, “Qalatasaray”

IV səbət: “Slaviya Praqa”, “Ştutqart”, “Komo”, “Lans”, LASK, “Sabah”, “Vikinq”, AEK, “Slovan Bratislava”

Qeyd edək ki, liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 8-10-da keçiriləcək.

Orijinal mənbə

İdman24 əsas səhifə