İdman24
Voleybol · Report İdman

Azərbaycanın voleybol üzrə qızlardan ibarət milliləri Gökhan Edmana tapşırılıb

İlham Əliyev Zəfərə gedən yol Bakı 25° C USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycanın voleybol üzrə qızlardan ibarət milliləri Gökhan Edmana tapşırılıb Komanda 29 sentyabr, 2026 10:34 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət milli komandalarında baş məşqçisi vəzifəsinə təyinat gerçəkləşib.

Bu barədə "Report" a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Türkiyəli mütəxəssis Gökhan Edmanla anlaşma əldə olunub.

G.Edmanın rəhbərliyi altında Türkiyənin gənc qızlardan ibarət millisi 2011–2012-ci illər mövsümündə Avropa çempionu olub, 2012–2013-cü illərdə isə dünya çempionatını 5-ci pillədə başa vurub.

O, həmçinin müxtəlif illərdə Türkiyənin A milli, A2, gənc və yeniyetmə komandalarını çalışdıraraq Balkan çempionluğu və "Spring Cup" turnirində bir neçə dəfə titullar qazanıb.

Klub karyerasında "Eczacıbaşı", "Qalatasaray", "Vakıfbank Güneş Sigorta" və "Sarıyer Belediyespor" komandalarında baş məşqçi kimi fəaliyyət göstərən mütəxəssis 1998–1999-cu illər mövsümündə "Eczacıbaşı" ilə Avropa Konfederasiya Kubokunun (CEV Cup) çempionu olub, 1999–2000-ci illərdə Avropa Çempionlar Liqasında 3-cü yeri tutub. "Qalatasaray" klubu ilə də Avropa Konfederasiya Kubokunda bürünc medal qazanan Edman "Eczacıbaşı" A qadın komandası ilə iki dəfə Türkiyə çempionluğuna yüksəlib.

Marmara Universitetinin məzunu olan Edman uzun illər Türkiyə Voleybol Federasiyasının məşqçilik kurslarında təlimçi kimi fəaliyyət göstərib, Mini Voleybol və Qadın Milli Komandaları Texniki Qurumunun üzvü olub.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано Женские сборные Азербайджана по волейболу возглавил Гёкхан Эдман USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 12:43 Sabah rayonlara yağış yağacaq Ekologiya 12:30 Foto Qarabağda heyvanların dabaq xəstəliyinə qarşı vaksinləmə tədbirlərinə başlanılıb ASK 12:28 "AzərEnerji" ixrac gəlirlərini 66 % artırıb Energetika 12:28 Foto FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib Xarici siyasət 12:19 İlham Əliyev: U-15 və U-20 dünya çempionatına hazırlıq işləri yüksək səviyyədə aparılır Futbol 12:18 Foto Füzulidə "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib Fərdi 12:14 Foto İlham Əliyev FIFA-nın prezidentini qəbul edib Futbol 12:12 Fərid Qayıbov: "İşğaldan azad olunmuş ərazilərdə idman yarışlarının arealı genişlənir" Fərdi 12:12 Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə