Elvin Məmmədov: "Ruy Jorjenin U-20 millisində öz fəlsəfəsini həyata keçirməsinə zaman lazımdır"

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 22° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Elvin Məmmədov: "Ruy Jorjenin U-20 millisində öz fəlsəfəsini həyata keçirməsinə zaman lazımdır" Futbol 08 oktyabr, 2026 15:44 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Ruy Jorjenin 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində öz fəlsəfəsini həyata keçirməsi üçün zaman lazımdır.
Bunu "Report" a açıqlamasında "Neftçi"nin U-17 komandasının baş məşqçisi Elvin Məmmədov deyib.
Azərbaycan millisinin sabiq futbolçusu U-20-nin yoldaşlıq görüşlərində yaxşı təsir bağışladığını bildirib:
"Yığmanın Moldova ilə keçirdiyi yoxlama matçını tam izlədim. Yaponiya ilə qarşılaşmanın isə ikinci hissəsini və penaltilər seriyasını izləyə bildim. Düşüncəm odur ki, portuqaliyalı baş məşqçi Ruy Jorjenin öz futbol fəlsəfəsini həyata keçirməsi üçün zaman lazımdır. Beynəlxalq yoldaşlıq görüşləri tez-tez keçirilməlidir. Çünki bu futbolçuların beynəlxalq təcrübəyə ehtiyacı var. Onların əksəriyyəti Azərbaycanın əvəzedicilərdən ibarət çempionatında çıxış edirlər. Onların hər biri bizim gələcəyimizdirlər".
O, mundialın azərbaycanlı və digər futbolçular üçün böyük şans olacağını vurğulayıb:
"Təbii ki, dünya çempionatı kimi böyük, perspektivli yarışa hazırlaşmaq məsuliyyət tələb edir. Mundialda ev sahibi komanda kimi iştirak edəcəyik. Bu, futbolçularımız üçün yaxşı imkan deməkdir. Çünki turnirdə iştirak edəcək futbolçuları skautlar izləyəcəklər".
Qeyd edək ki, Azərbaycanın U-20 yığması Qəbələdəki ilk yoxlama görüşündə Moldovaya 0:1 hesabı ilə uduzub, ikinci matçda isə Yaponiya ilə əsas vaxtı qolsuz başa çatan görüşün penaltilər seriyasında 5:4 hesabı ilə qalib gəlib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 18:12 Foto Dünyaşöhrətli beynəlxalq səyyahların Ağdama səfəri başa çatıb - YENİLƏNİB Xarici siyasət 18:06 Foto Azərbaycan və BMT arasında sosial sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub Xarici siyasət 18:04 Foto Azərbaycan ilə Belarus arasında baytarlıq preparatlarının birgə istehsalı müzakirə olunub Sağlamlıq 17:58 Laura İsak: Şuşa məndə böyük təəssürat yaradıb Xarici siyasət 17:58 Sabah leysan olacaq - XƏBƏRDARLIQ Ekologiya 17:57 Çelsi Devis: Qarabağa səfərin davamını səbirsizliklə gözləyirəm Qarabağ 17:50 Foto III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib Fərdi 17:45 İsrael Baruk: Azərbaycan və Ermənistan uzunmüddətli münaqişələrə alternativ nümayiş etdirir Xarici siyasət 17:42 Bakıda itkin düşmüş şəxslər probleminə dair beynəlxalq müzakirələr aparılıb Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.