Futbol · APA Sport
KL: “Qarabağ” “Dinamo”ya qarşı - YENİLƏNİR

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində ilk oyuna çıxacaq.
Apasport.az xəbər verir ki, Ağdam klubu Ukraynanın “Dinamo” (Kiyev) komandasının qonağı olacaq.
Polşanın Lublin şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Danimarkadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
21:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Qarabağ” (Azərbaycan)
Baş hakimin köməkçiləri: Steffen Bramsen, Viktor Skitte
(Hakimlər briqadası Danimarkadandır)