İdman24
Döyüş İdmanı · APA Sport

U-17 DÇ: Qaratel Quliyeva ilk görüşdə məğlub oldu

Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın daha bir qadın güləşçisi mübarizəni dayandırıb.

Apasport.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Qaratel Quliyeva təsnifat mərhələsində isveçrəli Dana Qislerə 3:4 hesabı ilə məğlub olub.

Bununla da Azərbaycan təmsilçisi dünya çempionatında çıxışını erkən başa vurub.

Qaratel Quliyevanın təsəlliverici görüşə vəsiqə qazanması üçün rəqibinin finala yüksəlməsi lazımdır.

Orijinal mənbə

İdman24 əsas səhifə