İdman24
Futbol · Report İdman

20 Sentyabr müstəqil Azərbaycan tarixinin ən şərəfli və əlamətdar günlərindən biridir - RƏY

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 26° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia 20 Sentyabr müstəqil Azərbaycan tarixinin ən şərəfli və əlamətdar günlərindən biridir - RƏY Qarabağ 20 sentyabr, 2026 14:00 20 Sentyabr müstəqil Azərbaycan tarixinin ən şərəfli və əlamətdar günlərindən biridir.

Bunu "Report" a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Onun sözlərinə görə, 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri dünya təcrübəsində də mühüm yer tutur:

"Əgər 1991-ci ildə müstəqilliyimizi əldə etmişiksə, 2020-ci ildə Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzü təmin etdik, torpaqlarımızı işğaldan azad etdik. 2023-cü il sentyabrın 20-də isə Azərbaycanın tam suverenliyi bərpa olundu. Bu qələbə Azərbaycan bayrağının ölkəmizin bütün ərazisində dalğalanmasına imkan yaratdı. Azərbaycan Ordusu qısa müddət ərzində qarşıya qoyulan bütün hədəflərə nail oldu".

Deputat qeyd edib ki, 20 sentyabra qədərki dövrdə də Azərbaycan sülh təşəbbüslərini davam etdirir, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirirdi. Lakin təəssüf ki, həmin dövrdə Azərbaycan ərazisində yerləşən Rusiya sülhməramlıları vəzifə borclarını lazımi səviyyədə yerinə yetirmədilər:

"Bunun nəticəsində biz dəfələrlə mina terroru ilə üzləşdik. 400-dən çox vətəndaşımız mina terroru nəticəsində həyatını itirdi, xəsarət aldı və ya əlil oldu. Buna baxmayaraq, Azərbaycan suverenliyini sülh yolu ilə bərpa etməyin tərəfdarı idi. Lakin bu, mümkün olmadı. İyirmi üç saat davam edən antiterror tədbirləri Azərbaycan Ordusunun rəşadətini, qəhrəmanlığını və Azərbaycan dövlətinin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. 20 sentyabrdan sonra isə Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesini daha da sürətləndirməyə başladıq. Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi və dünya artıq Azərbaycanın gücü və qüdrəti ilə hesablaşmağa başladı".

Bu mənada, 20 sentyabr həm də Azərbaycan şəhidlərinin, əsgər və zabitlərinin, qazilərinin qəhrəmanlıq zirvəsi kimi mühüm əhəmiyyət daşıyır. Biz bu tarixi gənc nəslə öyrətməli, onlarda vətənpərvərlik ruhunu gücləndirməli və 20 sentyabrı daim yaşatmalıyıq.

20 sentyabr Azərbaycanın tarixində müstəqilliyimizin və suverenliyimizin bərpasını simvolizə edən tarixi hadisədir. Bu gün bizim üçün müqəddəs gündür. Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün tarixə yazıldığı gündür.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Aysel Aslan Sosial şəbəkələrdə paylaşın Скопировано MP: September 20 among most significant days in Azerbaijan's history USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 26° C Son xəbərlər 15:52 Kamandan oxatma üzrə Bakı şəhər çempionatın qalibləri müəyyələşib Fərdi 15:39 "Xatəm əl-Ənbiya": ABŞ region ölkələrinin dəstəyi ilə İrana hücum edə bilər Region 15:24 Foto Xocavəndin Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirilib Daxili siyasət 15:23 Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib Hərbi 15:18 "Tottenhem" doğma meydanda məğlubiyyətlərin sayına görə "Arsenal"a çatıb Futbol 15:15 BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib Daxili siyasət 15:11 Arxangelsk vilayətində yol qəzasında ölənlərin sayı 14-ə çatıb Region 14:50 Ağdamda quyudan kişi meyiti tapılıb Hadisə 14:45 Foto 55 gün erməni əsirliyində olan Xocavənd sakini: Dövlət Himninin səsinə oyandım Daxili siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə