Aydın Süleymanlı: "Avropa Kubokundakı çıxışımı uğurlu qiymətləndirmək olar"

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 17° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Aydın Süleymanlı: "Avropa Kubokundakı çıxışımı uğurlu qiymətləndirmək olar" Fərdi 27 oktyabr, 2026 11:22 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan şahmatçısı Aydın Süleymanlı klublararası Avropa Kubokundakı çıxışını uğurlu sayır.
Bu barədə "Report" a 21 yaşlı qrossmeyster açıqlama verib.
O, Monteneqronun Budva şəhərində keçirilmiş yarışla bağlı təəssüratlarını bölüşüb:
"Fərdi olaraq yarış mənim üçün qənaətbəxş keçdi. Karyeramda ilk dəfə özbəkistanlı Nodirbek Abdusattarov kimi səviyyəli şahmatçıya qalib gəldim. Bu səbəbdən düşünürəm ki, bu turnirdəki çıxışımı uğurlu qiymətləndirmək olar".
"Vüqar Həşimov" komandasında çıxış edən A.Süleymanlı ölkə təmsilçisinin yarışı 10 xalla 10-cu pillədə başa vurmasına da toxunub:
"Komanda olaraq daha yaxşı nəticə qazanmaq niyyətində idik. Amma təəssüf ki, bu dəfə alınmadı. Uğurlu çıxış etmək istəsək də, 10-cu yerlə kifayətlənməli olduq".
Xatırladaq ki, kişi şahmatçıların yarışında "Vüqar Həşimov" komandası 10 xalla 10-cu yerdə qərarlaşıb. Klubun heyətində mübarizə aparan Aydın Süleymanlı şəxsi nəticələrə görə birinci lövhədə bürünc medal qazanıb.
Qadın şahmatçıların turnirində hərəyə 10 xalı olan Serbiyanın "Sirmium Sremska Mitrovitsa" və ölkəmizin "Odlar Yurdu" klubu 3-4-cü yerləri bölüşüb. Azərbaycan klubu əlavə göstəricilərə görə 4-cü sırada yer alıb. Bu komandada çıxış edən Gülnar Məmmədova isə dördüncü lövhədə qızıl mükafata sahib çıxıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 11:56 Əcnəbi aqronom, bağçılıq üzrə mütəxəssis və baytarlara Azərbaycanda yaşamaq icazəsi I oxunuşda qəbul edilib Milli Məclis 11:53 Azərbaycanın kredit ittifaqları 9 ayda 1,5 milyon manat zərər edib Maliyyə 11:52 Azərbaycan millisi UEFA İnkişaf Turnirini qələbə ilə başa vurub Futbol 11:52 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq Energetika 11:51 Azərbaycan BOKT-larının xalis mənfəəti 2,55 dəfə artıb Maliyyə 11:40 "Card to card"a limit fonunda ödəniş kartlarının sayında artım iki dəfə sürətlənib Maliyyə 11:36 Məhəmməd Əl-Malik: ICESCO Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəbi bərpa edir Xarici siyasət 11:33 Zuyev: BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanla tərəfdaşlığı gücləndirməyə ümid edir Xarici siyasət 11:32 "Gəncə" basketbol komandası yeni baş məşqçisini açıqlayıb Komanda Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.